Ədalətə xəyanət etmiş, günahsız insanlar barəsində ağır hökm çıxarmış, hüquq müdafiçilərinin “qara siyahı”ya daxil etdiyi şəxslərdən biri də Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevdir. Bu şəxslə bağlı mətbuatda xeyli məlumat var.
Məsələn, bir jurnalistin həbsxanadan prezidentə yazdığı “Əfqan Hacıyev üzəduranlardan pendir istəyir” başlıqlı şikayət məktubu var. Həmin şəxs Şamaxıdakı özbaşınalıqlar, qanunsuz əməllər barəsində hüquq müdafiəçisi Oqtay Gülalıyevə məlumat verir. Bundan xəbər tutan rayon rəhbərliyi Abuzər Cəfərova qarşı təzyiqlərə başlayır. Nəticədə həbs edilir və Əfqan Hacıyev onun heç bir vəsadətini qəbul etmir, rayondan gələn “üzəduranlar”dan pendir gətirmələrini istəyir. Başqa bir hadisə bundan ibarətdir ki, Əfqan Hacıyevin 7 il müddətinə həbsə göndərdiyo şəxsin 2 ildən sonra Apellyasiya məhkəməsində günahsız olduğuna qərar verilir.
Əfqan Hacıyev tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunuslarla bağlı da hökmün müəllifidir. Əfqan Hacıyev məhkəmə zalından jurnalistləri qovmaqla da “tarix yazan” hakimlərdəndi Xatırladaq ki, keçmiş Baş prokuror Eldar Həsənov, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev barəsində hökmü də, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərova da ömürlük cəzanı da Əfqan Hacıyev təyin edib.