23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Ülvinin ülvi biznesi

Azərbaycan qanunvericiliyinə görə deputatların bizneslə məşğul olması qadağandır. Amma Azərbaycanda bizneslə məşğul olmayan deputat barmaqla sayılacaq qədərdi. Millətə vəkillik etməsələr də, ciblərinə yüksək səviyyədə vəkillik edirlər. Belə deputatlardan biri də Ülvi Quliyevdi. Sonuncu dəfə Ülvi Quliyev mətbuatın diqqətini Londonda aldığı 1.3 milyon manatlıq evlə cəlb etmişdi. Daha əvvəllər də təyinatlı deputatın ölkə xaricində aldığı evlərlə bağlı xəbərlər yayılmışdı. Bəli, İngiltərə paytaxtında, Avenue road, 32, N12 8PY-dəki evi almaq üçün 0635 3306 0009 saylı alqı-satqı müqaviləsi imzalayıb və müqavilənin şərtlərinə əsasən 600 min funt sterlinq vəsait UGANO LTD vasitəsilə Hampshire Trust Bank PLC üzərindən ödənilib. Bu ev Ülvi Quliyevin Londonda aldığı sayca 5-ci evdir. Oğlu Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb. LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq) LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq) LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq) LONDON BARNET, MAYS LANE 20 (750 min funt sterlinq). Ülvi Quliyevin oğlu UGANO LTD-ni 2009-cu ildə Londonda təsis edib, şirkət GUANO LTD adı ilə fəaliyyət göstərib. 2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt (1.200.000 dollar) civarında olub.

Deputat Ülvi Quliyevə məxsus olduğu deyilən və qohumu İlkin Quliyev tərəfindən idarə olunan “Dönüş 1” MMC tikinti firması Bakıda pilot layihələr həyata keçirir. Deputatın avtomobil kolleksiyasında Mersedes markalı avtomobillər əsas yer tutur. Ülvi Quliyev həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *