Milli Məclisin məhşur biznesmen deputatlarından biri də Adil Əliyevdir. Bu şəxs barəsində müxtəlif fikirlər səsləndirilir. Qoçu dəstəsinin olduğu, zərərli işləri himayə etdiyi bildirilir. Amma dəqiq məlum olan budur ki, Vitse-spiker daşınmaz əmlak, idman-istirahət mərkəzləri, idman ləvazimatları dükanları, müxtəlif tikinti şirkətlərinə sahibdir. Millət vəkilinin “Nərimanov” rayonu ərazisində “Odissey” adlı həddindən artıq dəbdəbəli bir restoranı var. Oğlu 23 yaşlı Ə.Əliyev 99-HA-999 dövlət nömrə nişanlı bir neçə maşına sahibdir: “Bildiklərimiz bunlardır: “BMW X5 M”, “Porsche Panamera GTS” və “Jiquli VAZ-2107” (avtoşluq üçün). Dövlət nişanlı 10-KO-555 nömrə ilə isə “Cadillac Escalade” sürür. Bəzən nömrəni “BMW X5 M” ilə dəyişərək də qanunsuz olaraq istifadə edir. Sənədlərlə ortaya qoyulan məlumatlarda iddia edilir ki, Adil Əliyev və ortaqları 2001-ci ildə Çexiyada öz biznesini qurmaq üçün bu ölkədəki yerli şirkətlərdən birini satın almaq qərarına gəlir. Danışıqlar o zaman Karlovı Varının Krale Jiriho küçəsi 31 ünvanında yerləşən , “Hasval” s.r.o. (hasval çox ehtimal ki, ermənicə sözdür) şirkətinin sahibləri ilə aparılır. Çexiya Ədliyyə Nazirliyindən 25229966 saylı lisenziya ilə 8 dekabr 1998-ci ildə qeydiyyatdan keçmiş şirkətin sahibləri isə… ikisi etnik mənsubiyyət baxımından erməni olmaqla 4 Rusiya vətəndaşı olub.
l) Valter B a g d a s s a r ya n (1961-cu il təvəllüdlü, daimi yaşayış ünvanı; Moskva şəhəri, Keramiçeskiy proyezd 55/1/120)
2) Asmik T o v m a s s y a n (1964-cü il təvəllüdlü, qeydiyyat ünvanı; Moskva, Keramiçeskiy proyezd 55/1/120)
3) Serguei M o s s i i t c h o u k (1969-cu il təvəllüdlü, ünvanı: Moskva, Çertanovskays 29/2/104)
4) Mikhail Ermolaev (1971-ci il təvəllüdlü, Frjazino, Prospekt mira 6/264, Rusiya). Şirkət satış, brokerlik və turizm sahəsində fəaliyyət göstərib. Baqdasaryan və Tovmassyan hər biri 40 faiz, digərləri isə hər biri 10 faiz olmaqla paya sahib olublar.
Deputat biznesiylə bağlı suala belə cavab verib: “Qardaşımın evi, mənim evim, biznesi də mənim biznesimdir. Çexiyada mənim də evim var idi. Çexiyanın Karlovı Varı şəhəri müalicəvi suları ilə dünyada məşhurdur. Orada mənzillərin qiyməti Bakının Sulutəpə qəsəbəsindəki mənzillərin qiymətindən ucuzdur”. Deputat «Sahil-D Company» şirkətinin Xətai rayonu, F.Bayramov küçəsi-1156 ünvanında tikdiyi binalardan birinin 10-cu mərtəbəsində 101.5 kvadratmetrlik ikiotaqlı mənzil, o birinin isə birinci mərtəbəsində 200 kvadratmetrlik qeyri-yaşayış sahəsi alıb. Digər təyinatlı deputatlar kimi Adil Əliyev də millətə vəkillik etməyi deyil, sərvətini genişləndirməyi əsas tutub.