23 January 2025
Aktual Manşet

“AKADEMİK” DƏLƏDUZLUQ

Jurnalist Cavanşir HƏSƏNLİ YAP-ın vahid namizəd siyahısı ilə 2 saylı Şərur Seçki dairəsindən 86.3 % səslə qalib elan olunan İsa Həbibbəyli Əkbər oğlunun qardaşlarının adına qeydiyyatdan keçmiş şirkətləri açıqlayıb:

1. “AVTO” MÜƏSSİSƏSİ (VOEN 1400127451) 1996-cı il iyunun 11-də qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi İsa Həbibbəylinin qardaşı Səməd Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 10-dur.

2. BOLLUQ-99 KƏNDLİ FERMER TƏSƏRRÜFATI (VOEN 0700185691) 28 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Şərur rayonu, Xanlıqlar kəndidir. Təsisçisi və qanuni təmsiçisi İsa Həbibbəylinin qardaşı Həbib Əkbər oğlu Həbibbəylidir.

3. “GƏMİQAYA-XXI” FİRMASI 05 iyul 2000-ci ildə İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəylinin adına qeydiyyatdan keçib.

4. SÜHA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 27 fevral 2008-ci ildə qeydiyyatdan keçib, hüquqi ünvanı  Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 44, mənzil 35, qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir.

5.  “SÜRMELİ İNŞAAT SANAYİİ VE TİCARET LİMİTED” ŞİRKƏTİNİN BAKI FİLİALI   Əli Həbibbəyliyə məxsus “Süha” MMC ilə etni ünvanda qeydiyyatdadır.  Qanuni  təmsilçisi Mehmet Sürmeli Kiyasdır. Şirkət Türkiyədə, Malatya şəhərində inşaat sektorunda fəaliyyət göstərir.

6.  ŞƏRUR-2006 MƏHDUD MƏHSULİYYƏTLİ 2006-cı ilin iyunun 1-də  141500.00 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Şərur rayonu, Danyeri kəndidir.

7. Naxçıvan Muxtar Respublikasının  Gömrük Komitəsinin keçmiş rəhbəri Səhət Həbibbəyliyə məxsus “Danyeri” supermarketi.

8. İsa Həbibbəylinin oğlu Ərəstu Həbibbəylinin Türkiyədə alüminium profillər istehsal edən fabriki var. 9 iyul 2018-ci ildən Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi işləyən Ərəstü Həbibbəyli ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİni 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkətin ofisi Cevizlik Mahallesi, İstanbul Cd. No:12, 34142 Bakırköy/İstanbul, Türkiyə ünvanında yerləşir. Göründüyü kimi İsa Həbibbəyli “akademik biznes”lə məşğul olur, pul qazanmağın elmi əsaslarını yaradır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *