23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Pirverdinin etibarlı xoruzu

Energetik nazirin enerjili sərvəti
Bu ölkəni çapıb-talayanlar arasında “Azərenerji” nin keçmiş rəhbəri Etibar Pirverdiyevin adı da var. Onun rəhbərliyi dövründə bu quruma milyonlar axsa da, hər dəfə xəbər tutduq ki, qurum zərərlə işləyir, külli miqdarda xarici borcu var. Üstəlik, məlum oldu ki, ölkənin ən strateji yeri olan Mingəçevir SES çox bərbad vəziyyətdədi.
Kabellər, texniki avadnalıqlar, ümumilikdə stansiya bərbad və yararsız haldadır. Soyutma qurğularının heç biri işləmir. Stansiya müasir texnologiyaya cavab vermir. Səbəb isə yarıtmaz siyasət, nəzarətsizlik, korrupsiya, yeyinti və qohumbazlıqdır. Pirverdiyevin quruma rəhbərlik etdiyi  son 5 ildə büdcədən  “Azərenerji”yə 1 milyard vəsait ayrılmışdı. “Azərenerji” naxoş vəziyyətə salınsa da, Pirverdiyevin biznesinin enerjisi də, işığı da gur olub.
Onun sərvətinin bir hissəsi aşağıdakılardan ibarətdir:
▪️Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli 2 milyon 400 min manatlıq mülkü.
▪️Qusar rayonunda milyonluq villası.
▪️İngiltərənin paytaxtı London şəhərində bir malikanəsi.
▪️Quba rayonu, Xınalıq yolunun üstündə məşhur “Qalaaltı” adlanan ərazidə (Küsnətqazma kəndi) nəhəng otel kompleksi.
▪️Onun əsas biznes şəbəkəsi Xaçmaz, Xudat və Şabrandadır. Pirverdiyevin Xaçmazda dəniz kənarında yerləşən bir neçə istirahət mərkəzi, Xudatda şadlıq evi və bazarı, Şabranda isə 10-dan çox dəvə ferması var.
▪️Dağıstan və Çeçenistanda geniş tikinti biznesi.
▪️ “Azenco” şirkətində payı. – Həyat yoldaşı Pərvanə Pirverdi Gürcüstanda fəaliyyət göstərən  “ESCO LTD”-nin təsisçilərindən biridir.
– Etibar Pirverdiyevin qızı Dünya Pirverdi də İngiltərədə bizneslə məşğuldur, 2017-ci ildə burada JDE TRADING LIMITED-i qeydiyyatdan keçirib. Dünya Pirverdi və hazırda Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutan əri Eldar Abbasova məxsus INFIPRO LIMITED, JDE CAPITAL LTD şirkətləri 2018-ci ilin sonlarında qapadılıb.
Etibar Pirverdiyevin oğlu Elvin Pirverdi mətbuatın diqqətini “Porsche” markalı avtomobillərlə avtoşluq etdiyinə görə cəlb etmişdi. Elvin Pirverdi  Londonda Brunel Universitetində təhsil alır. Yeri gəlmişkən, Hesablama Palatasının o zaman  verdiyi rəyə əsasən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin  780 milyon manat borcu var idi.
Onu da qeyd edək ki, 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar kredit alıb, bunun 24,09%-i və ya 2,3 milyard dolları “Azərenerji”nin payına düşüb. Görünən budur ki, korrupsiyanın idarəçilik formasına çevrildiyi ölkədə bütün məmurların oğurluğa qurşanması zərurətə çevrilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *