23 January 2025
Aktual Manşet Qaraj avtolar Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Danabaş xanın sürü kimi sərvətləri

Onu “Naxçıvan xanı” adlandırırdılar. Uzun illər ərzində dövləti çapıb-talamaq, insanlara zülm etməklə məşğul olub. Onun bu illər ərzində neçə həyatı məhv etməsi, hansı zalımlıqlara imza atması başqa bir yazının mövzusudur. Amma internetdə axtarış vermək kifayət edir ki, Talıbovların hansı vəhşilikləri törətdikləri, insanlara qul kimi yanaşdıqları aydın görünsün. Bu yazımızda isə Talıbovların uzun illər ərzində dpvlətdən oğurladıqları pullara, yığdıqları sərvətin bir hissəsinə diqqət çəkəcəyik. Əvvəla bunu qeyd edək ki, Beynəlxalq araşdırmaçı jurnalistlər Gürcüstanda Vasif Talıbov və onun ailəsinə bağlı 270 milyon dollarlıq biznes və mülkləri üzə çıxarıblar və bu haqda geniş məlumat dərc edilib. Daha sinra Talıbovların Birləşmiş Ərəb Əmirliklərindəki biznes imperiyası haqqında  araşdıma üzə çıxdı. Talıbovların ölkə daxioindəki ən böyük biznes qurumu “Cahan Holdinq” dir. Bu holdinqin daxilində onlarla şirkət var. Vasif Talıbova məxsus olduğu bildirilən başqa bir şirkətdə isə  “Gəmiqaya Holdinq”dir.  Holdinq 2008-ci ildə təsis edilib və tərkibində 14 şirkət fəaliyyət göstərir. Bundan əlavə Talıbovların Naxçıvan Daş Məhsulları Sənaye Kompleksi, Kərpic Zavodu, “Bellisa” Mebel Fabriki, Naxçıvan şəhərindəki “Dekoria” ticarət mərkəzi var Araşdırmalar dərinləşdirildikcə, daha ciddi faktlar, böyük məbləğlər ortaya çıxır. Reallıq budur ki, uzun illərdir, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yaxın ətrafına məxsus şirkətlər həm vergidən yayınıblar, həm də bu şirkətlərin Naxçıvana idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb. Bundan başqa, Naxçıvana ayrılan dotasiyadan tikinti-quruculuq işləri üçün nəzərdə tutulan vəsaitlər də mənimsənilib. Büdcədən oğurlanan, qeyri-leqal yollarla əldə edilən vəsaitlər hesabına Vasif Talıbovun övladları böyük şirkətlər yaradıb, bahalı əmlaklara sahib olublar. Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Bakı şəhərindəki pay sahibi olduğu şirkətlərdən biri də Cagteksdir. Şirkətin rəsmi internet saytında verilən məlumata görə, gəlinlik və ziyafət paltarlarının kirayəsi və satışı ilə məşğul olan Cagteks salonu 1997-ci ildə fəaliyyətə başlayıb. Cagteks dünya brendlərini bir arada toplayıb respublıkamızda öz sözünü demiş yeganə brenddir. Cagteksin mağazalarında ABŞ və Avropa ölkələrindən gətirilən çox bahalı gəlinlik paltarları satılır. Mənbəmizə görə, Rza Talıbov bu biznes sahəsinə 2007-ci ildən sərmayə qoymağa başlayıb. İddia olunur ki, oğul Talıbov indiyədək Cagteksin böyüməsi, brendə çevrilməsi üçün 2 milyon dollardan çox sərmayə qoyub. Başqa bir məlumatda bildirilir ki, “Veysəloğlu” şirkətində də Talıbovlar pay sahibidir. Bu da son deyil. “Nəqşicahan Group” şirkətlər ittifaqı dabTalıbovların nəzarətindədir. Talıbovların Dubaydakı 8 imarəti isə bunlardı:
1. Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr də var. Mənzilin qiyməti 550 min dollardır. Mənzilin bir müddət əvvəl satışa çıxarıldığı bildirilir.
2) Dubayda yerləşən “Bulvar Central Tover” 2-də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.
3) “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.
4) “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.
5) 63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.
6) Seymur Talıbovun “Marina Gatedə” 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.

7. Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.
8) Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.
Ölkə daxilində də Talıbovların xeyli əmlakı var.
1. Bakının Xəzər və Sabunçu rayonlarının ən prestijli ərazilərindəki əmlaklar.
2. Mərdəkan qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsində 1 hektar ərazidə yerləşən imarəti mövcuddur. Təkcə bu varidatının qiyməti 12 milyon manat dəyərləndirilir.
3. Bilgəh-Nardaran yolunun sağ tərəfində, dəniz sahilində, düz dənizin içinə qədər uzanan 3 hektarlıq ərazidə yerləşın villalar. Həmin ərazidə 1 sot torpağın qiyməti 25 min manatdır. 3 hektarda 3 saray yerləşir. Onlardan biri Vasif Talıbovun, digər ikisi isə oğlanlarına məxsusdur. Hər bir sarayın ayrılıqda dəyərinin 18-20 milyon manat olduğu bildirilir.
4. Bakıxanov qəsəbəsində 5 mərtəbəli mülk ASAN xidmətə icarəyə verilib. İcarə haqqının 50 min manatdan artıq olduğu deyilir. Vasif Talıbovun retro avtomobil kolleksiyasının foto-video görüntüləri sosial mediada geniş yayılıb. Bildirilir ki, bu kolleksiyaya 150-dən artıq avtomobil daxildir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *