23 January 2025
Aktual Manşet Qaraj avtolar

İmamverdinin yaltaqlıqla əldə etdikləri

Zəngilan-Qubadlı seçki dairəsindən təyin olunmuş deputat İmamverdi İsmayılovdan danışaq. Bu deputat prezidentə yarınmaqda, inkişaf nağıllarını alqışlamaqda xüsusi qabiliyyətə malikdir. Amma kiçik bir araşdırma nəticəsində məlum olur ki, bu yaltaqlıq-yarınmaq məsələsi əbəs deyilmiş. İmamverdi özünə yaxşı biznes qurub, cibini doldurubmuş. Özü qaçqın rayonundan deputat təyin edilsə də, oliqarx həyatı yaşayır. Seçicilərə Qarabağ boyda dərddən danışıb, özü dağ boyda biznes qururmuş. Deputatın oğlu İlmir İsmayılov  “MİR HOLDİNG” MMC-nin rəhbəridir. İlmir İsmayılov bizneslə məşğuldur, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının  idarə heyətinin üzvüdür. Deputatın ailəsinə məxsus şirkətlər əsasən turizm sektorunda fəaliyyət göstərirlər. 1. “MİR HOLDİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il iyulun 16-da qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır. 2. “MİR GROUP HOLDİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2017-ci il yanvarın 13-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı BADAMDAR ŞTQ, SEYRAN MƏMMƏDOV küçəsi 16, mənzil 30-dur. 3. “İKO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı il aprelin 24-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun həyat yoldaşı Bağdagül Qurban qızı İsmayılova, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır. 4. “MİR GLOBAL LOGİSTİCS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2010-cu il aprelin 2-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Fuad Qibləli oğlu Bünyadov, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır. 5. “SUPER KİDS KLUB” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (uşaq bağçası) 2012-ci il dekabrın 7-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Pərvanə Azər qızı İsmayılova, hüqüqi ünvanı NƏRİMANOV RAYONU, HƏSƏN ƏLİYEV, ev 1, m. 127-dir. 6. “QARADAG-BZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci il sentyabrında qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi deputatın oğlu Unutmaz İsmayılovdur. İmamverdi İsmayılovla bağlı 2 xəbər də mətbuatın diqqətini çəkmişdi. Belə ki, “Vacheron Constantin” qol saatı İsveçrənin ən məşhur brendlərindəndir. Saatın qiyməti 75 min ABŞ dolları, yəni 127 min manatdır. İmamverdi kişinin qol saatı da məlum firmaya məxsusdu. İkinci xəbər İmamverdi İsmayılovun yeni aldığı 2 avtomobillə bağlıdı.  Onlardan biri 10 AA 706 dövlət nömrə nişanı olan S-Class Mersedes, ikincisi isə 10 EE 888 nömrə nişanlı Lexus-dur. Hər iki avtomobil son modeldir və ümumi dəyəri 400 min manatdır. Bundan əlavə deputatın Sumqayıtda bir neçə obyekti və dəyəri 700 min dollar qiymətləndirilən villası var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *