23 January 2025
Aktual Manşet Qaraj avtolar

Qazaxın biznesmen padşahı

Vəzifədən varlanmaq üçün yararlanan icra başçılarından biri də  Elşən Babaşovdur. Elşən Babaşov Qazaxın padşahıdır.  Babaşov səlahiyyətlərindən sui-istifadə edərək bir neçə MMC yaradıb. Suvarma suyunu kəndlərə deyil, öz təsərrüfatına yönəldib. Bundan başqa, Bakının 20 sahə deyilən ərazisində mebel fabriki var. Sabirabad rayonunda da çoxsaylı fermaları var. Qazaxdakı ərazilərindən yığdığı otu bu rayona göndərir. Yəni biznesi hərtərəflidir. Mediada Rəcəb Babaşovun sərvətinin siyahısı verilib və təkzib edilməyib. – Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat; – Bayıldakı Aran restoranı, Aran kafesi; “077-lər” adlı avtoyuması; – Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı; – əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada mil  biznesi; – ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili. Oğlu  Rəcəb Babaşovun 450 min manatlıq avtomobili də mətbuatın diqqətini cəlb etmişdi. Dövlət vergi orqanının müfəttişidir. Onun “BMW” və “Range Rover” avtomobillərinin 2-sinin bir yerdə qiyməti 500.000 avrodan çoxdur. Azərbaycanda siyasi ənənə belədir. Hər rayonda bir nəfər və onun ailəsi şah kimi yaşamalıdır, xalq isə qul kimi tabe olmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *