Deputat, sabiq baş hərbi komissar Əliağa Hüseynov da dövləti gəmirənlərdəndi. Hərbi komissar olduğu vaxtlar kifayət qədər sərvət toplaya bilib. Onun komissarlığı dövründə hərbidən yayınmağın qiyməti 4-5 min, «yaxşı yer”də» qulluq etməyin qiyməti isə yerindən asılı olaraq, 2-10 min manat arasında dəyişirdi. Hərbi çağırış ənənəsini külli miqdarda pul qazanmaq ənənəsinə çevirmişdi. Mətbuatda onun varidatı barədə çox məlumatlar var. “Sovetski”dəki 4 mərtəbəli dəbdəbəli mülkü 1 milyon manat qiymətləndirilir. Nəsimi rayonu ərazisində həyat yoldaşı və qızının adına 12 mənzil var. Bu mənzillərin sənəd məsələsiylə bağlı qalmaqal yaranmışdı və bir müddət məhkəmə prosesi getdi. Bundan əlavə general-leytenant Hüseynovun Kür çayının qırağında restoranı və soyuducu zavodu var. Bakıdakı məhşur “Atlantis” şadlıq sarayı da Əliağa Hüseynovundu. Bundan başqa, generalın Ələt-Astara yolunda 1700 hektar torpaq sahəsi var. Ə.Hüseynov həmin əraziləri icarəyə verib. Salyan və Sabirabadda qoyunçuluq təsərrüfatlarına, süni balıq göllərinə də sahiblənib. Millət vəkilinin biznes imperiyasının bilinməyən tərəfləri də var və siyahı heç də bu obyektlərlə məhdudlaşmır. Deyilənə görə Bakıdan Salyana gələndə Kür çayının üstündəki körpünün solunda 8 ha ərazidə yerləşən keçmiş 5 idarəni, 7-yə yaxın inzibatı binanı da satın alıb. Göründüyü kimi hərbi komissarın mülki həyatdakı xidməti də uğurlu olub. Əsgər bit-birənin içində, keyfiyyətsiz qidaların mühasirəsində, komissar-deputat isə milyonların arasında xodmət edib.
Aktual
Manşet
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Hərbi komissarın mülki xidməti
- 01 June 2023
- 1 minute read
- 2 years ago