– Bakı şəhəri, Babək prospekti 37c ünvanında bir hektarlıq ərazidə yerləşən bahalı obyektlər – “Best Cars” adlı lüks avtomobillərin satış salonu – “Continental” təkərlərinin satış yeri, -“Alpina” lüks avtomobillərin ehtiyyat hissələrinin satış mərkəzi, -“Euromax” avtoservis avadanlıqlarının satış yeri, -“Volkswagen Group” ehtiyyat hissələri satış yeri -Plastik qapı-pəncərə istehsalı sexi – “Azfarel” MMC balıq yetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat), -“Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat), Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat) – Maral təsərrüfatı – A.Məmmədov əksər cinayətlərini oğlu Adilzadə Adilin adına rəsmiləşdirib. Bu mənimsəmələrdən biri də Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC ilə bağlıdır. Belə ki, rəsmi məlumata görə, A.Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək “Çinarlı Qəsəbə”nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satıb. Bunlardan əlavə Alimpaşa Məmmədov rayonda biznes fəaliyyətiylə məşğul olan onlarla sahibkardan müxtəlif məbləğlərdə rüşvət aldığı təsdiqlənib. Onu da qeyd edək ki, A. Məmmədovun 10 milyonluq əmlakına həbs qoyulub.