23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

“Boz kardinal”ın rəngarəng korrupsiyası

 – Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı -Göyçayın Hüngütlü kəndində 6 metr hündürlükdə hasarla əhatə olunmuş, 2,5 milyon manat dəyərində villa. Helikopter meydançası da var. – Həsən Əliyev küçəsində yerləşən “Baku Clinik” -Gəlininin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil. Nigar Mehdiyeva bankın səhmlərinin 75%-nin sahibidir. Başqa sözlə, bank kapitalının 50 milyon manatı onundur. Bank “BTB” ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir. – “Gandezza” ticarət mərkəzi. Bakıda, Torqovi adlanan ərazidəki 4-mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var. – “Transmit Ltd” MMC. Qızı Kamilə Ramiz qızı Əliyeva bu şirkətin dörd təsisçisindən biridir. -“Kaspian Telekom” MMC.  Baş ofisi Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 251A ünvanında yerləşir. -“Skay Maks” şirkəti. Bu şirkət də  Dilarə Əliyeva küçəsi, 251A ünvanındadır. – Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan imənzil-tikinti kooperativləri. “Topaz” MTK , “Qala-R.L” MTK,  “NLT” MMC , “Premium Store” MMC,  “Grand Palace” MTK, “Astoriya” MTK, -“Astoriya Tibb Mərkəzi” MMC. Astoriya Tibb Mərkəzi hazırda “German Hospital” adı altında fəaliyyət göstərir. -Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. -Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Palitra” qəzetinin, gəlini Nigar Mehdiyeva isə “Paritet” qəzetinin təsisçisi olub. Bu qəzetlər dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan yardım alıb. -Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Kamilə Əliyevaya məxsus kənd təsərrüfatı torpaqları hektarlarladır. Ananın mülkiyyətində 892 sot, qızının isə 240 sot torpağı var. -Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. -Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var. Burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb. -Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi də  iki dəfə böyüyüb. -Novxanıda böyük villası var. Akademik əsasən bu evdə qalmağı xoşlayır. Amma onun Novxanıda daha başqatan əyləncəsi var. Ucsuz-bucaqsız üzüm tənəkləri. Üzüm bağları həyat yoldaşı Qalina Yuryevnanın adınadır. Bundan başqa, qızı Kamilə, oğlu Teymurun mülkiyyətində olan hektarlarla bağlar var. Bu sadalananlar dəryadan bir damladı. Ramiz Mehdiyevin fəaliyyəti dövründə dövlətə, dövlətçiliyə vurduğu zərbə, məhv etdiyi talelər ayrı bir yazının mövzusudur. İndi isə Mehdiyevin yaxın qohumlarının yerləşdirildiyi vəzifələrə nəzər salaq. -Qalina Mehdiyeva Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiridir. -Kamilə Əliyeva həmin universitetdə Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. . -General-mayor Teymur Mehdiyev  fövqəladə hallar nazirinin müavinidir. Teymur bu vəzifəyə qədər mədəniyyət və turizm nazirinin, Dövlət Miqrasiya Xidmətinin rəisinin müavini olub. – Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi: – Mehdiyev Nəriman Hüseynqulu oğlu – Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi (Ramiz Mehdiyevin qardaşı oğlu); – Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri; – Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis; – Mehdiyev Zahid Arif oğlu – Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri; Belə iddialar da var ki, Ramiz Mehdiyevin ən çox etibar etdiyi qardaşı oğlu Telman Mehdiyev vasitəsilə, onun da bəzi qohumları dövlət qurumlarına, xüsusən də hüquq-mühafizə orqanlarına yerləşdirilib.

T.Mehdiyevin qayınları: – İlham Ağa oğlu Mahmudov – Suraxanı rayonunun uzunmüddətli sabiq məhkəmə sədri: – Fikrət Ağa oğlu Mahmudov – Nərimanov rayon Məhkəməsinin sabiq hakimi; – Emin Ağa oğlu Mahmudov – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq şöbə müdiri. Qeyd edək ki, hazırda bu şəxslər ya başqa rayonlarda hakim, prokuror işləyir, ya da yüksək pensiya alırlar. Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına yerləşdirdiyi və sayı bilinməyən qohumları da az deyil. Məlumat üçün bildirək ki, özlərinə gözəl həyat yaradan bu şəxslər sonradan pensiyaya çıxmağa üstünlük veriblər. Bunların bəzilər aşağıdakılardır: – Əhmədov Çingiz İsgəndər oğlu; – Əhmədov Oqtay İsgəndər oğlu; – Əhmədov Ələkbər İsgəndər oğlu; – Əhmədov Elçin Hümbət oğlu;

Leave a Reply

Your email address will not be published. Required fields are marked *