02 February 2025
Aktual Manşet

Xalçaçılığın korrupsiya ilməsi

Əminliklə demək olar ki, Əliyevlərin hakimiyyəti dövründə oğurlamayan vəzifəli şəxs olmayıb. Bütün sahələrə təyin edilmiş şəxslər dövləti gəmirməklə məşğul olub. Korrupsiya o həddə çatıb ki, hətta  “Azərxalça”da da milyonluq yeyintinin olduğu etiraf edilib. Bəli, “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilmişdi. O, bir müddət həbsdə olduqdan sonra ev dustaqlığına buraxıldı və sonra da vəfat etdi. Vidadi Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilmişdi. Məlum olmuşdu ki, təkcə Xətai rayonundakı Gəncə prospektində yanaşı binalarda 22 mənzili var imiş. Müsadirə olan əmlakın siyahısına aşağıdakılar daxildir. – “Azər-İlmə” MMC – Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2A-da yerləşən 0.01071 ha torpaq sahəsi. -Həmin torpaq sahəsində tikilən 268.3 kv.m olan yerləşən qeyri-yaşayış binası. -Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev. -Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evlərin 4 nömrəli mənzili. – Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi. -Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi. -Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən 103 nömrəli ev.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *