Keçmiş baş prokuror Zakir Qaralovun adı hamınıza tanışdır. Bu adamın prokuror olduğu dövrdə minlərlə insanın qanı batırılıb, siyasi sifarişlər yerinə yetirilib, prokurorluq “şər maşını”nın vintciyinə çevrilib. Zakir Qaralov prokurorluğun deyil, biznesinin qayğısına qalıb. Səlahiyyətlərindən sui-istifadə edərək milyonçuya çevrilib. Məlum olan budur ki, Qaralovun şirkətlərinin dövlətə 28 milyon manatdan artıq vergi borcu var. 1. Akkord Hydrotechnical Construction” MMC. Borc – 11 milyon 714 min 434 AZN 2. “Akkord Beton” MMC – 3 milyon 634.40 AZN 3. “Accopen” MMC. Borc – 4 milyon 990 min 43 AZN 4 “Akkord Qum” MMC. Borc – 9 milyon 578 min 90 AZN 5. “Deutsche Fassaden Technologien” MMC. Borc – 189 min 803 AZN Eyni zamanda şirkətlər qrupuna daxil olan “Akkord Tekstil” MMC-nin və “Körpü-Tünel Tikinti” MMC-nin də vergi borcu milyonlarla ölçülür. Şirkətlər qrupuna həmçinin “Abşeron Kərpic” MMC də daxildir. Zakir Qaralov həm də “Hacıoğlu” kafe və restoranlar şəbəkəsinə sahibdir. Göründüyü kimi, prokuroluğun başında oturan adam, əslində nəhəng şirkətlərin başında dayanırmış.
Aktual
Manşet
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Qaralov- Qaramalov, qaranlıq işlər
- 14 June 2023
- Less than a minute
- 2 years ago