23 January 2025
Aktual Manşet

“Reket” Şakir

2 Saylı CÇM-də dəstə rəisi, 15 və 17 Saylı CÇM-də rəis vəzifəsi tutmuş Şakir Qəniyevin adı mətbuatda çox hallanıb. Məhbus yaxınları dəfələrlə bu şəxs barəsində mətbuata şikayət məktubları göndərib. Məsələn, belə şikayət məktublarının birinin müəllifi Abdullayeva Kəmalə Balaş qızı Ədliyyə naziri Fikrət Məmmədova müraciətində yazır: “Bildirirəm ki, 6 ay bundan öncə 17 saylı Cəzaçəkmə Müəssisəsinə təyin etdiyiniz rəis Şakir Qəniyevin törətdiyi qanuna zidd hərəkətlər barədə Sizə məlumat vermişdik. Şakir Qəniyevin 6 ayda 4 məhkumu pula görə döyərək qətlə yetirdiyi heç kimə sirr deyil. Dörd ölüm faktının üstü ört-basdır edilmişdir. Rəis bu gün də müəyyən dairələr tərəfindən müdafiə olunmaqdadır. Sizlərə etdiyim şikayətlərin dırnaqarası “nəticəsi” olaraq, Şakir Qəniyev 12 yanvar 2022-ci il tarixdə oğlumu xüsusi üsuldan və şəraitdən istifadə edərək təkrar döymüşdür və məhkum ağır bədən xəsarətləri almışdır”.

Məhbusların bildirdiyinə görə bu şəxs pul hərisidir və istədiyinə nail olmamış məhbuslardan əl çəkmir. Şakir Qəniyevi “reket rəis” adlandırırlar. Xatırladaq ki, Şakir Qəniyev hal-hazırda da siyasi məhbus həyatı yaşayan AXCP üzvü Əlzamin Salayevi əvvəlki məhbusluğu dövründə 2 dəfə vəhşicəsinə döymüş, cərimə otağına yerləşdirmişdi. Məhbuslar bildirirlər ki, Şakir Qəniyev yuxarılar tərəfindən himayə edilir və buna görə də onun anti-insani əməllərinə göz yumulur. Qeyd edək ki, Şakir Qəniyev də “Siyasi Məhbuslarsız Azərbaycan” təşkilatının “qara siyahı”ya saldığı şəxslər sırasındadır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *