Qəddarlıqda ad çıxaran, həbsxananı korrupsiya yuvasına çevirən şəxslərdən biri də Məmməd Mahmudovdur. O, əvvəl 16 saylı, daha sonra isə 6 saylı CÇM-nin rəisi olub. Bu şəxs Baş nazirun müavini Abid Şərifovun kürəkənidir.
Keçmiş siyasi məhbus, AXCP üzvü Babək Həsənli 16 saylı CÇM-dəki qanunsuzluqları ictimailəşdirdiyinə görə Məmməd Mahmudovun qəzəbinə tuş gəlmişdi və təzyiqlərlə üzləşmişdi. Mahmudov Babək Hədsənli və digər 3 cəbhəçi məhbusu Qaradağda yerləşən 14 saylı CÇM-nə etap elətdirmişdi. Babək bəyin 2-ci məhbusluğu dövründə 6 saylı CÇM-yə göndərilmişdi və həmin zaman bu həbsxananını rəisi Məmməd Mahmudov idi.
Beləliklə, Məmməd Mahmudovun əlinə qisas almaq üçün fürsət düşmüşdü. Məmməd Mahmudov həm də peşəkar korrupsionerdi.
1. Onun qaydalarına görə, valideynlərin cəza çəkən yaxınları ilə görüşməsi üçün 80 manat rüşvət tələb olunur.
2. Məhkumların öz telefon danışığı haqlarından istifadə etmələri üçün aylıq 300 manat.
3. İstintaq Təcridxanalarından 6 saylı CÇM-ya köçürülən məhkumların karantindən müəssisəyə buraxılması üçün 1500 manat.
4. Hər gün müxtəlif adlarla müavinlərin otağına aparılan (guya müəssisədaxili rejim qaydalarını pozub) məhkumların cərimə kameralarına (karser) salınmaması üçün 500- 1000 manat.
5. Müəssisənin Tibb Məntəqəsində müalicə olunmaq üçün aylıq 300-600 manat.
6. Tibb məntəqəsində müalicə olunan məhkumların telefon təminatı üçün aylıq 250, gündəlik 2 manat.
7. Yaxınları tərəfindən məhkumlara göndərilən sovqat puldan hər 100 manata 15 manat götürülür.
8. Yeməkxanada ərzaq saxlamaq üçün aylıq 100 manat.
9. Otaqlarda qalmaq üçün 1500-3000 manat.
10. Müəssisəyə gətirilən yeni məhkumların yataqxanada yerləşdirildiyi zaman “yerpulu” adıyla tələb olunan 100 manat və sair rüşvətlər tələb olunur Müəssisənin rəisi Məmməd Mahmudovun bu özəl qaydalarını, tələblərini yerinə yetirməyən məhkumlar cərimə kameralarına salınaraq işgəncələrə məruz qoyulur. Məhkumlar günlərlə bu kameralarda üst-üstə qandalla bağlı saxlanılır. İşgəncələrdən xilas olmaq üçün şərtləri qəbul etməli və 1000 manat rüşvət ödənməlidir.