23 January 2025
Aktual Manşet

Saxtakar Zeynal

Qəddar, saxtakar, sifariş icra edən hakimlərdən biri də  Zeynal Ağayevdi. O, əvvəlcə  Bakı Ağır Cinayətlər Məhkəməsinin, daha sonra isə Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib. Zeynal Ağayev jurnalisti zaldan qovan, şahid ifadələrini saxtalaşdıran, süründürməçiliyi sevən biri kimi ad çıxarıb. Yaxud, dövlət ittihamçısının istədiyi cəzadan daha ağır həbs hökmü çıxaran şəxs kimi tanınıb. Zeynal Ağayev xeyli siyasi işdə də əlindən gələn pislikləri etməkdən çəkinməyib. Məsələn, keçmiç siyasi məhbus, Qarabağ qazisi, AXCP RH üzvü Asif Yusifliyə 7 il 6 ay həbs cəzası verib. Hansıki, Asif Yusiflinin günahsızlığı faktlarla sübuta yetirilmişdi. Nardaran hadisələri zamanı saxlanılan Zülfüqar Mikayılov və digər 10 nəfərlə bağlı da Zeynal Ağayev ağır hökm çıxarmışdı. Məhkəmə zalında bu şəxslərin şərləndiyi aşkar edilsə də Zeynal Ağayev heç bir dəlili mötəbər saymamışdı. Jurnalist Nicat Əliyev və digər 8 nəfərin həbsiylə nəticələnən “Eurovison işi” nə də Zeynal Ağayev hakimlik edib. Bu işdə heç bir cinayət tərkibi olmasa da 6 ildən, 10 ilə qədər həbs qərarı verilmişdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *