BDU-nun keçmiş rektoru, YAP İH-nin üzvü Abel Məhərrəmov da vəzifə fürsətindən imarət düzəltməyi bacaranlardandı. BDU-da zaçot və imtahanların hər birinin öz qiyməti var idi və hər rübdə tələbələrdən küllü miqdarda pul yığılırdı. Universitetin sayəsində başqa qazanc yolları da inşa etmək mümkündü və Abel bu yolların hamısından yararlanmışdı. Məsələn,BDU-nun 20-yə yaxın bufet və yeməkxanalarının icarəsindən hər il 1 milyon 200 min manat gəlir əldə edildiyi bildirilir. Abel Məhərrəmovun sərvətinin bizə məlum olan hissəsi bunlardı. 1. “El Faro Hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib. 2. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596). 3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür. 4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür. 5. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi) Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı: 1. “Lamborgini” 2. “Bentli” 3. “Porsşe Cayenne” 4. “Land Rover” 5. “Mersedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür) 6. “Audi Q7” 7. “Audi Q8” (Son model, qiyməti 450 min avro) 8. “Mersedes Gelandevagen” (qiyməti 250 min avro) 9. BMV X6 (son model – qiyməti 200 min avro) 10. BMV -760” (qiyməti 400 min avro) Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı: 1. Binəqədidə “Vorovski” deyilən ərazidə 2 villa; 2. Quba rayonunda 1 villa; 3. Xızı rayonunda 1 villa; 4. Nabranda 1 villa; 5. Şüvəlan qəsəbəsində 1 villa; 6. Mərdəkan qəsəbəsində 1 villa; 7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa; 8. Şərifzadə küçəsində yerləşən ev. 9. Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası. 10. 8-ci mikrorayonda daha bir restoranı 11. N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil. Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiridir. Bir müddət əvvəl Anar Məhərrəmovun qanunsuz çaxır biznesiylə məşğul olması barədə mətbuatda geniş məlumat dərc edilmişdi.
Aktual
Manşet
Qaraj avtolar
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Abelin auditoriyası
- 01 June 2023
- 2 minutes read
- 2 years ago