23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Abıtalıbovu bilirsizmi? Hətta onun da!..

Bakının eks meri, İlham Əliyevdən başqa kişi tanımayan Hacıbala Abıtalıbov ” kişi kimi” biznes imperiyası yaradıbmış. Heydər Əliyevə, İlham Əliyevə yarına-yarına, puldan dağ yaradıbmış. Abıtalıbovun özü və oğlanları əl-ələ verib, dövlətin imkanlarını şəxsi mənfəətə çevirməyi bacarıblar. Bakını süni şəkildə gözəlləşdirməyə girişən mer, özünə təbii şəkildə varidat yığırmış Hacıbalanın sərvətinin bizə məlum olan hissəsinin siyahısı belədir:
Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı.
Füzuli  küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi.
Qış parkındakı Zanbaq, İnnab və Palıd kafe-restoranları.  Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki Sütiş restoranı.
Nəsimi rayonu 647 –ci məhəllədə yaxını Səmayə Abdullayevanın adına sənədləşdirilmiş 103 kvadratmetrlik sahə.
Nərimanov rayonunda, Yusif Vəzir Çəmənzəminli küçəsində Səmayə  Abdullayevanın adına sənədləşdirilmiş 113 kvadratmetrlik sahə.
Yasamal rayonu, “Ovçular evi” yerində salınan parkdakı “Özsüd” restoranı.
Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir.
Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran.
Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi.
Hüseyn Cavid bağındakı çay evi.
Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina.
Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi.
Balaxanı qəsəbəsində bir zavod.
Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe.
Abıtalıbovun oğlunun Londonda biznes aləminə ilk gəlişi 2007-ci ilə təsadüf edir.
29 yaşlı İsrafil burada “Androush Shtriker Limited” və “Hamilton Consultancy & Advisory Limited” şirkətlərinin direktoru olub. Bu şirkətlər 9-10 ildir ki, fəaliyyətini dayandırıb. İsrafil Abutalıb ikinci dəfə Londona bir daha 2016-cı ildə dönüb. Əvvəlcə o, “Sidmouth İnvestment Limited” şirkətini qurub. Növbəti il burada təsis etdiyi “Kenwood AM Ltd” şirkəti vasitəsilə “Rock Gate Mews Limited” şirkətinə sahib olub. Sonuncu şirkətin ingilis sahibləri onu banka ipoteka borcuna görə İ.Abutalıba satmalı olmuşdular. Londonda 17 Spaniards End ünvanındakı əmlakını yerli rieltorlar 6,6 milyon funt dəyərində qiymətləndirib. Londonda yaşayan Azərbaycan əsilli Anar Paşa adlı şəxsin rəhbərlik etdiyi üç şirkət Böyük Britaniyada daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur. İsrafil Abutalıbın ofisləri fərqli məkanlarda yerləşən şirkətlərinin toplam aktivləri maliyyə hesabatlarına görə 9 milyon 671 min funt və ya 21,3 milyon manat təşkil edir. Abutalıbovların Türkiyədə əmlak bazarına girişməsi 2013-cü ildən başlayıb. Qardaşlar burada çoxlu sayda şirkətə sahibdirlər. Şirkətlərin və mülklərin əsas hissəsi İstanbulun tarixi mərkəzlərindən birində – Sultanahmetdədir. Altı ildə onlar bu şirkətlərə milyonlarla sərmayə qoyublar. Türkiyənin “Ticaret Sicili Gazetesi”ndə (şirkətlərin yaradılmasına və onların idarəetməsində baş verən dəyişikliklərə dair rəsmi qəzet – red.) açıqlanan məlumatlara görə, bu sərmayənin əsas hissəsi ölkə xaricindən gəlir. Amma Abutalıbovlar bu ölkədə təkcə daşınmaz əmlak, otel və restoran biznesinə yatırım etmirlər. Onlar həm də təhsil sektorunda təmsil olunurlar. 2017-ci ildə “12 Group” şirkəti (92,5%) və xanım Yeliz Kum Ezercanın (7,5%) iştirakı ilə nizamnamə kapitalına 100.000 lirə qoyulmaqla “41 North Business School Egitim A.Ş.” şirkəti yaradılıb. Bu məktəb iş adamlarına biznes idarəetmə sahəsində master və doktor dərəcəsi üzrə tədris, eləcə də rəqəmsal texnologiyalar üzrə sertifikatlaşdırma ilə məşğuldur.
Orxan Abutalıbovun rəhbərlik etdiyi “12 Group” MMC (2006-cı il) Bakıda müxtəlif sahələrdə fəaliyyət göstərən bir neçə şirkəti birləşdirir.

“Renessans Reklam və İstehsalat Ko.” MMC (2006-cı il) Bakıda açıq məkanda reklam yerləşdirilməsi ilə, “12 Travel” MMC(2004-cü il) – səyahət xidmətləri, “12 Laundry” MMC (2013-cü il) – camaşırxana fəaliyyəti, “12 Rent a Car” (2005-ci il) – minik nəqliyyat vasitələrinin icarəsi, “12 Consulting Hüquq Şirkəti” (2013-cü il) – hüquq xidmətləri sahələrində çalışır. Bundan başqa, Abutalıbovlar İçərişəhərdə Asəf Zeynallı küçəsi, ev 9, 11, 22 və 23 ünvanlarında yerləşən “Art Group”, “HanRestoran” restoranlarına, əntiq əşyaların və suvenirlərin satıldığı “ArtSalon” mağazasına sahibdirlər. Keçmiş icra başçısının qardaşı və onun ailə üzvlərinin də Bakıda və Türkiyədə geniş biznes şəbəkəsi var. Hacıbala Abutalıbovu böyük qardaşı Osman 1997-ci ildə yaradılan “Enerjiquraşdırma” şirkətinin (Bakı şə., 20 Yanvar küçəsi, ev 7) direktorudur. Şirkətin Bakı şəhəri İcra Hakimiyyətinin sifarişi ilə elekrtik dirəklərinin quraşdırılması ilə məşğul olduğu bildirilir. Osman Abutalıbovun 46 yaşlı oğlu Oktay 2009-cu ildə mineral su istehsalı ilə məşğul olan “Baytaş Su ve Meşrubat Pazarlama Sanayi Ticaret Limited” şirkətində 16,7% (167.000 lirə) pay alıb. Bir sözlə, Abıtalıbov büdcəni daşlaya-daşlaya, kasıblığın daşını atıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *