23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Atasının vurulmuş adaşı

Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin dəyəri on milyonlarla ölçülən əmlakları və biznesi haqqında məlumatlar mətbuatda çox yayılıb.  Məsələn, onun  Dübəndidəki qəsrini  50 milyon manat dəyərində olduğu bildirilir.  Sakinlər buranı “Heydərin Sarayı” adlandırır. Hazırda o “AB Standard Şirkətlər Qrupu”nu idarə edir. Şirkət 2004-cü ildə yaranıb, atasının baş hərfləri, Aydın Babayevin adını daşıyır. O dövrdə Prezidentin yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyirdi. Bir il sonra da nazir oldu. Onun bu şirkəti Azərbaycanda milli özəl kapitalı təmsil edən ən böyük maliyyə-sənaye qruplarından biridir. “AB Standard” Şirkətlər Qrupuna 11 şirkət daxildir: “Standard İnsurance” ASC sığorta, “Standard Lizinq” MMC lizinqliklə məşğul olan, “AJC” MMC logistika, “Standard Kapital” MMC brokerlik, “AB Travel” MMC turizm və səyahət agentliyi, “Dərnəgül Boru Zavodu” QSC, “AB Qala-Lənkəran” mehmanxanası, “AB Legal Consulting Group” hüquq-məsləhət firması, “AB Tim” tikinti və hazır beton emal şirkəti, “AB Skybell” rabitə-kommunikasiya şirkəti “AB Service” peyk rabitəsi üzrə ixtisaslaşmış şirkəti Heydər Babayevin İngiltərə, Gürcüstan, Qazaxstan, Türkiyə, ABŞ, Rusiya və Ukraynada şirkətləri, biznesləri mövcuddur. Babayevin oğlu Emin Babayev İngiltərənin Uels əyalətində böyük bir meşəlik ərazini alaraq ekoturizm sektorunda da öz biznesini qurub. Məlumatda bildirilir ki, əyalətin kiçik Llanwrtyd qəsəbəsində Victoria Road yolu üstündəki VİCTORİA WELLS LOG CABİN MOTEL ucsuz-bucaqsız ormanlıq sahənin şərq qurtaracağında meşə turizmi həvəskarlarının diqqətini çəkən məkanlardandır: Təsisata otel və çoxaylı kotteclər daxildir. Nazirin oğlunun digər şirkəti – CASPIAN DRAGON CYF-dir.  Adı “XƏZƏR ƏJDAHASI” anlamına gəlir və 2015-ci ilin avqustunda qeydiyyatdan keçib. Babayevlərin Avropadakı digər ailə şirkəti – MERCURY EUROPE HOLDİNQS 2011-ci ildən Lüksemburqda fəaliyyət göstərir. Şirkətə Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva rəhbərlik edir. Qeyd edək ki, Babayevin  həyat yoldaşı Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *