Azərbaycan hakimiyyəti uzun illərdi dövlətin bütün resurslarını repressiya alətinə, işgəncə vasitəsinə çevirib. Saxta məhkəmə hökmlərini icra edən hakimlər, işgəncə alətinə çevrilən polis əməldaşları, qəddar rəislər və bu qəbildən olan şəxslər vasitəsilə insanlara zülm edilib və edilir. Biz çalışacağıq ki, belə şəxslərlə bağlı məlumat verək, onların kimliyini ictimaiyyətə açılqlayaq. Rejimin işgəmcənə alətinə çevrilmiş şəxslərdən biri də “Bandotdel”in əməkdaşı İslam Ağabəyov adlı şəxsdir.
Bu adam Nardaran məhbuslarına ağır işgəncələr verib, təhqirlərə məruz qoyub. Məsələn, təqsirləndirilən Aqil İsmayılov və Əli Nuriyev İslam Ağabəyovun onları ailələri ilə, əxlaqsız hərəkətlər vasitəsilə işgəncə verməklə hədələdiyini bildirib. “Dedi ki, “sənin ailəni, uşağını gətirəcəyik. Qol çək ki, qranat sənindi. Fiziki işgəncə verdi mənə. Əlimi bağlayıb dubinka ilə bədənimə vururdular. Mənə bu adam təklif edib ki, silahı boynuma alım. Dedi ki, “yazığım gəlir sənə, boynuna al, qurtarsın”. deyə Aqil İsmayılov bildirib. Siyasi məhbud Abbas Hüseyn isə bunları söyləyib. “Mənim burada dediklərim onların bizə elədiklərinin heç zərrə qədəri də ola bilməz. Bu, noyabrın 26-dan mənimlə ünsiyyətdə olub. Mənə deyirdi ki, “məhv olacaqsan, sən ölü kimi şeysən, valideynlərin səndən imtina ediblər. Dedi ki, “ömürlük gedəcəksən, biz səni burada saxlasaq da, heç kimin xəbəri olmaz. Bura Azərbaycanın Quantanamosudur”. Ümumuyyətlıə, “Bandotdel”in ən acımasız, ən qəddar işgəncə alətlərindən biri kimi bu adam haqqında sosial şəbəkələrdə çox məlumatlar paylaşılıb. İslam Ağabəyov uzun illər polis orqnlarında işləyib və bu sistemdə qulluğa serjant rütbəsi ilə başlayıb. Serjant kimi xidmətə alındıqdan sonra Orta Polis məktəbini bitirib və məktəbi bitirəndən sonra Polis leytenantı rütbəsi alıb. Polis leytenantı İslam Ağabəyovun fəaliyyətinin uzun bir dövrü Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində keçib. Burada müfəttiş kimi cinayətkarların axtarılması ilə məşğul olub. Keçmiş həmkarı da vurğulayır ki, həmişə kollektiv ona insani münasibətlərdə yaxına buraxılmayacaq birisi kimi yanaşıb, o da həmişə xüsusi qəddarllıqla fərqlənməyə çalışıb. Xatırladaq ki, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin şərlənərək həbs edilməsində də bu adamın “zəhmət”i olub. Belə ki, Faiq Əmirlinin avtomobilinə kitablar qoyub, “dəlil” yaradan bu “şər çubuğu” olub.