Azərbaycan manatı iki dəfə ölümcül devalvasiyaya məruz qalsa da, baş bankirimizin var-dövləti həmişə proqressdə olub. Bu ölkədə bütün sahələr zərərlə işləsə də, həmin sahələrə rəhbərlik edənlər milyoner olur. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun böyük biznes imperiyasına malik olduğuna dair məlumatlar mütəmadi olaraq, mətbuatda yer almaqdadır. Keşəçmiş Bəbaş bankirin biznes şəbəkəsinin tərkibində “Bank Respublika” ilə yanaşı “Subaru”, “Honda”, “Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, “Bakı İnvest Holdinq” və digər sahibkarlıq subyektlərinin adları çəkilir. Bu siyahıya həmçinin “Bakı Sığorta” şirkəti də aiddir və siyahıdan göründüyü kimi, sözügedən biznes şəbəkəsi kifayət qədər şaxələnmiş vəziyyətdədir. Əldə etdiyi məlumata görə, bir müddət bundan öncə daha bir avtomobil nəhəngi olan “Toyota”-nın ölkəmizdəki təmsilçiliyi də bu imperiyanın tərkibinə daxil edilib. Maraqlıdır ki, “Toyota Abşeron Center” (Toyota Abşeron Mərkəzi) bu şəbəkəyə daxil ediləndən qısa müddət sonra elə E.Rüstəmova aid olduğu bildirilən “Bakı Sığorta”-nın səhmdarına çevrilib. Bundan əlavə “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” şirkətlərinin, eləcə də “Gündəlik” ərzaq dükanları şəbəkəsinin daxil olduğu “Səba” Şirkətlər Qrupunda Elman Rüstəmovun 37, 5 faiz paya malik olduğu bildirilir. Həmin payı sabiq baş bankirin doğma xalası oğlu Hidayət Quliyevin adına rəsmiləşdirib. “Planet” şadlıq sarayının yaxınlığında ucaldılan çoxmərtəbəli yaşayış binasında da E. Rüstəmovun 50 faiz payı var. Bakıda “Neon” restoranının arxasında möhtəşəm yeni şadlıq sarayı tikilir ki, orda da sabiq baş bankirin 50 faiz paya malik olduğu bildirilir. Elman Rüstəmovun Böyük Britaniyada yaşayan qızı Günel Rüstəmovaya məxsus “GYUNEL LIMITED” şirkətinin təqdim etdiyi maliyyə hesabatına görə aktivləri 6.208.065 funt sterlinq (14 milyon manata yaxın) təşkil edir. Paytaxtın Nəsimi rayonunda maraqlı arxitekturası olan bir bina tikilib. Bina ‘RUS-ALKO” MMC tərəfindən inşa olunub. “RUS-ALKO”nun təsisçisi Elman Rüstəmovun bu günlərdə həbs edilmiş xalaoğlusu TALIB QULİYEV ƏFSƏR oğludur. Yəni sabiq baş bankirin “xaloğlu şirkəti”dir. Şirkət Bəkir Çobanzadə ev 5, mənzil 5 ünvanında hüquqi qeydiyyatdan keçib. Həmin ünvanda keçmiş baş bankirin daha bir “xaloğlu şirkəti” – “TƏMİR TİKİNTİ İSTEHSAL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2004-cü ildə təsis edilib. “Azərsu” dövlət şirkəti dövlət büdcəsindən maliyyələşən bir çox çoxmilyonlq tenderlərdə Elman Rüstəmovun xalaoğlusunu “qalib” elan edib. Məsələn, “TƏMİR TİKİNTİ İSTEHSAL” MMC ötən il “Azərsu”dan Biləsuvarın su-kanalizasiya sistemini yeniləmək 7 milyon manatlıq sifariş əldə edib. 2018-ci ildə Asiya İnkişaf Bankının 112 368 817 dollarlıq krediti hesabına (bu kredit Azərbaycan dövlətinin və xalqının belinə yüklənib) Ağcabədi şəhəri Suqəbuledici Qurğuların Tikintisi və Su Təchizatı və Kanalizasiya Şəbəkələrinin Bərpası layihəsinin ictasının 40 faizi (45 milyon dollar) “xaloğlu şirkət”ə həvalə olunub. “Azərsu” Salyan, Şəmkir, Qax, Biləsuvar, Zaqatala, Balakən və Sabirabad şəhərlərində kanalizasiya sistemlərinin tikintisinə sabiq baş bankirin “xaloğlu şirkəti”ni cəlb edib. Talıb Quliyevin rəhbərlik etdiyi daha bir şirkət – “Karvan-K” istehsalat kommersiya şirkəti də ‘Azərsu”nun tenderlərində ənənəvi qaliblərdən olub. Bu, Rüstəmovların var-dövlətinin az bir hissəsidir. Ailənin sahib olduğu evlər, bahalı maşınlar barədə gələcək yazılarımızda məlumat verəcəyik.
Aktual
Manşet
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Baş bankirin varidatı
- 08 April 2023
- 3 minutes read
- 2 years ago