Bir vaxtlar qılıncının arxası da, qabağı da kəsən Əli Həsənov var idi. Prezidentin köməkçisiydi. Dövlətçilikdən, xalq-hakimiyyət birliyindən dəm vurub, müxalifəti xain adlandırırdı. Amma vəzifədə olduğu illər ərzində əsas fəaliyyəti şəxsi sərvətini artırmaq oldu. Kasıb Əli Həsənov, böyük oliqarxa çevrildi. Bütün layihələrdən mənfəət götürməyə adət etdi. Hətta jurnalistlər üçün tikilən binalara da tamah saldı. Oğlu, həyat yoldaşı da qəfil biznes adamına çevrildi. Bir sözlə, hərənin bir tərəfdən talan etdiyi dövləti, Əli Həsənov da bir tərəfdən sağmaqla məşğul idi. Onun sərvətinin bizə məlum olan hissəsi aşağıdakılardan ibarətdi:
1. Bakı şəhərində “Dostluq V” yaşayış kompleksi (7 blok, 18 mərtəbə)
2. Bakı şəhərində “Evrostroy SS” yaşayış kompleksi – 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks
3. Bakı şəhərində “Rahatlığın məkanı”– Gold yaşayış kompleksi – 25 blok
4. Bakı şəhərində Araz-2011 yaşayış kompleksi
5. Bakı şəhərində H.Əliyev prospektində 6 bloklu yaşayış kompleksi
6. Bakı şəhərinin Nərimanov rayonunda, Çanaqqala restoranı ilə üz-üzə 5 bloklu bina
7. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində “Araz” İnşaat tərəfindən tikilən yaşayış kompleksi
Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar:
1. Nərimanov rayonunda Ağa Nemətulla küçəsində 5 ədəd qeyri yaşayış sahəsi. Hər biri 3-5 min kv m
2. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında Araz şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası
3. Ziya Bünyadov prospektində 31 ədəd qeyri yaşayış sahəsi (Beton zavod, mağazalar və s.)
4. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 3 futbol stadionu
5. Nərimanov rayonu İqtisad Universiteti ilə üz-üzə 10 000 kv m ərazisi olan Avto-Qalereya
6. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt (Hilal Elektrik binası və yanındakı 3 bina)
7. Nərimanov rayonu, Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi
8. Azadlıq prospektində inşa edilmiş hotel binası
Restoranlar:
1. Fəvvarələr meydanında Cook Zone restoranı
2. Park Bulvar və Metroparkda Big Chief fast food restoranlar şəbəkəsi
3. Nərimanov rayonu, Atatürk parkında Park restoranı
4. Nərimanov rayonu, Atatürk parkında Beer House restoranı
5. Nərimanov rayonu, Atatürk parkında Garden restoranı
6. Nərimanov rayonu, Həsən Əliyev küçəsinin Q.Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə Şadlıq evi və Gecə klubu kompleksi
7. Nərimanov rayonunda yerləşən Hamam Kompleksi
8. Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksionları
Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər:
1. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 000 kv m qeyri-yaşayış sahəsi
2. Nərimanov rayonu, Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil (Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar)
Villalar:
1. Əhməd Rəcəbli küçəsində Hilal Elektrik mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa
2. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr (Qiyməti 25 milyon ABŞ dolları)
3. Şamaxıda 4 ədəd villa
4. Novxanıda 2 ədəd villa
5. Nərimanovda köhnə erməni qəbristanlığı ərazisində 6 ədəd villa
Digər obyektlər:
1. Zavod – İstanbulda Mercedes markalı yük maşınları istehsal edən zavod (dəyəri 120 milyon ABŞ dolları)
2. Kənd təsərrüfatı – Ramanıda 10 ha ərazidə, 1000 baş heyvanın saxlandığı ferma
3. Gecə klubu – Nərimanov rayonunda Las Vegas gecə klubu
4. Nərimanov rayonda 30 ədəd ticarət köşkü və avtoyuma
5. Nərimanov metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi
Göründüyü kimi Əli Həsənov çox səmərəli fəaliyyət göstərib, fürsəti küləyə verməyib. Prezidentin qapısının ağzında oturan şəxs öz prezidentindən encə lazımdır, nümunə götürüb!