22 January 2025
Aktual Manşet Qaraj avtolar Xalqdan oğurlanıb xaricdə alınan mülklər

“Çakır”ın milyonlar vadisi

Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov haqqında da mətbuatda zəngin məlumatlar var. “Çakır” ləqəbli icra başçısı əlinə düşən imkandan bacardığı qədər yararlanıb.  Süleyman müəllim in”Qaradağ Çınqıl” MMC-si 2016-cı ilin oktyabrında dövlətdən ünvanlı sosial yardım alan Sahil qəsəbə sakini Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib.  Amma ictimaiyyətdə “Çakır” ləqəbilə məşhurlaşmış Süleyman Mikayılov heç də çörəyi təkcə “daşdan çıxan” biri deyil. Süleyman Mikayılovun rəsmi tədbirlərdə Qaradağ rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tez-tez özünün “uğurlu fəaliyyətin nəticəsi” kimi haqqında danışdığı şirkətlər, müəssisələr diqqəti çəkir. Cənab Mikayılov hesabat xarakterli çıxışlarında xüsusilə “ASKORP” MMC tərəfindən yaradılan Qızıldaş qəsəbəsində müxtəlif üzlük daşlar və kərpic məmulatları, eləcə də rayonun Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələrinin adlarını çəkir. Özünün dediyinə görə, hər iki müəssisə üzrə 4 milyon manatdan çox investiya qoyulub. Müəssisələr Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaradılıb, Sahibkarlığa Kömək Milli Fondundan “ASKORP” MMC-yə külli-miqdarda güzəştli kreditlər yönəldilib. Məsələ budur ki,  şirkət və sözügedən müəssisələr Süleyman Mikayılovun 1994-cü il təvəllüdlü oğlu Elvin Mikayilova məxsusdur.  “ASKORP” MMC 2016-cı ilin yanvarında 20 manat nizamnamə kapitalı ilə Yasamal rayonu HÜSEYN CAVİD PR., ev A, m. 6, 8, 9, MƏH. 556/57 ünvanında Elvin Süleyman oğlu Mikayılovun təsisçiliyi ilə qeydiyyatdan keçib. O zaman Elvin Mikayilovun 22 yaşı olub  İngiltərənin COVENTRY universitetini yenicə başa vurmuşdu. Məlumat üçün  qeyd edim ki  bu universitetdə illik təhsil 16,8 min funt sterlinq təşkil edir və “Çakır” oğlunun 4 illik təhsil haqqı olaraq 70 min funt sterlinq ödəniş edib. İcra başçısının oğlu dövlət vəsaitləri hesabına açdığı müəssisənin məhsulunu “dünya bazarına çıxmaq üçün” Sədərəkdə dükan da açmışdı. Amma istehsal edilən  məhsullar heç kimi cəlb etmədi. Bu azmış kimi icra başçısı öz əlaqələrindən istifadə edərək bir müddət əvvəl “Askorp” MMC üçün “AFB Bank” ASC-dən külli-miqdarda kredit götürüb. Kreditin qaytarılması problemə çevrilib və  “Çakır”ın oğluna məxsus şirkət bankla məhkəmə çəkişmələrinə cəlb olunub. “Askorp” MMC Süleyman Mikayılovun oğlunun təsis etdiyi yeganə şirkət deyil. Bundan əvvəl – 2015-ci ilin avqustun 20-də Elvin Mikayilov 20 manat nizamnamə kapitalı ilə “ASPAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni qeydiyyatdan keçirib. Bu şirkətin də hüquqi ünvanı HÜSEYN CAVİD PR., ev A, m. 6, 8, 9, MƏH. 556/57-dir. Amma şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumat yoxdur. “Çakır”ın qaranlıq işləri Azərbaycanla məhdudlaşmır. İcra başçısının oğlunun biznesi Avropaya qədər uzanıb. Atasının sayəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına özünə biznes quran və əlavə olaraq “AFB Bank”dan kreditlər götürüb qaytarmayan Elvin Mikayilov 2017-ci ilin dekabrın 29-da Almaniyada 25 min avro nizamnamə kapitalı ilə EFFEST GMBH-ni təsis edib və Viktor Pauls adlı şəxslə müştərək iş qurub. Şirkət Bad Oeynhausen ədliyyəsində HRB 15248 saylı lisenziya ilə ZILLESTR. 63 ünvanında qeydiyyatdan keçib. “Çakır”ın  Bakıda xeyli ticarət obyektinin sahibi olduğu, İngiltərədə, Türkiyədə malikanələr aldığı bildirilir. Süleyman Mikayılovun,Lökbatan qəsəbəsində kolxoz bazarı da olduğu iddia edilir. Bundan əlavə icra başçısının sərvətinə aşağıdakılar da daxildir. “Sahil” metrostansiyasının üstündə, “Sahil incisi” adlanan binada xidməti mənzil Qaradağ rayonu, Mərdanov qardaşları döngəsi 11 ünvanında xidməti mənzil Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələri Lökbatan qəsəbəsində 10-a yaxın ticarət-iaşə obyekti Lökbətan qəsəbəsi 28 may küçəsindəki “Cırtdan” kafesi Qaradağ rayonu Lökbatan-Xocəsən yolundakı ALLOFF mağazası Qaradağ rayonunda hektarlarla torpağı Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə daş karxanaları Sədərəkdə ticarət mərkəzində idman malları obyekti

Lənkəranda bir ədəd malikanə
Lənkəranda Heydər Əliyev meydanının qarşısında aptek, geyim və digər iaşə obyektləri
Yardımlıda “Deman” ailəvi istirahət mərkəzi
Yardımlıda iri bazar.
Xanımı Nailə Bayramovanın adına QRAND İMPEKS ŞİRKƏTİ
Bakıda Çin səfirliyinin yanında (Nizami küçəsi 104) qızı Ayselin adına “Aisel Boutique” bahalı geyim mağazası
Nərimanov r-nu. Hacı Murad 1/14 (“Ömür” klinikası ilə üzbəüz)
Medoks Hiperbarik O₂ Müalicə Mərkəzi
ABŞ-da milyonluq villa İngiltərədə və Türkiyədə biznes və malikanəsi
Maşın kolleksiyası:
90-DO-777 dövlət nömrə nişanlı Porsche Panamera
Qızı Ayselə məxsus 90-DO-777 nömrəli Audi Q5
Oğlu Elvinə məxsus 90-DD-909 nömrəli Audi S5
90-DD-909 nömrəli BMW M6 GranCoupe F06
Black 90-DD-909 – Jaguar F-Type
Oğlu Elvin Mikayılovun adına “ASPAN” MMC şirkəti.
Almaniyada 25 min avro nizamnamə kapitalı ilə “EFFEST” GMBH şirkəti
Daha bir maraqlı məlumat budur ki,  “Qaradağ çınqıl” MMC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *