Azərbaycanda “seçki” sözü deyəndə yada düşən ilk adlardan biri də Məzahir Pənahovdur. Onunla bağlı bütün janrlarda el arasında söhbətlər mövcuddur. Peşəkar saxtakarlıqda ad çıxarıb və bu “xidmət”in qarşılığında maddi imkanı sürətlə böyüyüb. Pənahovun 2 oğlunun dəbdəbəli həyatı barədə çox məlumatlar var. Məsələn, yeni ili Dubayda, Burc Xalifada keçirmək üçün hər gününə 5000 dollar vəsait ödəyib. Yaxud, kirayə götürdüyü “Lombatrcini” avtomobilinin hər gününə 1600 dollar xərcləyib. İstambulda isə bir neçə gün rahat gəzmək üçün 220 min avroya idman avtomobili alıb. Yəni, seçki sehrbazının övladları səyahətlərə, alış-verişə milyonlar xərcləyir. Məzahir Pənahovun oğlu Araz Pənahov 26 yaşında ikən Bakıda şirkət sahibi, 2 il sonra isə İstanbulda rabitə, elektrik və s. təyinatlı kabellər üçün polad və izolyasiya edilmiş polad spiral, onların aksessuarlarının, eləcə də elektrik sistemləri üçün köməkçi malların istehsalı ilə məşğul olan şirkətin (“Radelsan Elektrik Sanayi ve Ticaret Limited”) əsas payçısı idi. Araz Pənahov “TAP” MMC-ni isə 2011-ci ilin fevralında təsis edib və hazırda onun direktorudur. Şirkət akademik Şamil Əzizbəyov küçəsində 157 nömrəli evdəki qeyri-yaşayış sahəsində qeydiyyatdan keçib. Məlumatlara görə, burada ərzaq malları mağazası yerləşir. Şirkətin fəaliyyəti barədə açıq istifadədə olan hər hansı məlumat yoxdur. Məlum olan budur ki, şirkətin 10 iyul 2020-ci il tarixinə dövlət büdcəsinə vergilər üzrə 4937 manat ödənilməyən borcu var. Radelsan Elektrik Sanayi ve Ticaret Limited” şirkətinə gəlincə, Araz Pənahov onun səhmlərinin 75%-ni 2013-cü ilin aprelində Sabahattin Karğından alıb. Şirkət 2011-ci ildə yaradılıb, Eyüpsultanda köhnə məhəllənin ərazisində (Emniyyettepe mahallesi 2, Çinar sokak,10) darısqal, dam örtüyü qəzalı vəziyyətdə olan istehsal sahəsində yerləşir. Bir il sonra ortaqlar şirkətin kapitalını 100 mindən 350 min lirəyə qaldırıblar. Kapitalın bir hissəsi şirkətin mənfəəti hesabına artırılıb. 2017-ci ilin avqustunda Araz şirkətdəki payının hamısını S. Karğına satıb və ortaqlıqdan ayrılıb. Onların şirkətdəki səhmləri neçəyə alıb-satmağa razılılaşdığına dair notarial məlumatlar açıq deyil. Araz Pənahovun Türkiyənin sənaye müəssisəsinin səhmlərini hansı vəsait hesabına aldığı barədə də bilgimiz yoxdur. Məzahir Pənahovun Bakıda 17 evi olduğu bildirilir. Bizə məlum olnalar isə bunlardı. 9-cu mikrarayonda 5 otaqlı bir evi, Novxanıda bir bağ evi (yayda bu villasında qalır), Nizami metrosu yaxınlığındakı hündürmərtəbəli binaların birində 5 otaqlı bir evi, Teleqüllənin yanında, Səbail,Abbasqulu Abbaszadə,2 küçəsində 4 mərtəbəli, hər tərəfi şüşə ilə bəzədilmiş villası, qızının İnqilabda bir evi, Hafiz Paşayevin bağı ilə üzbəüz Zuğulbada bağ evi, Nərimanovda, “montin parkı” yaxınlığında bir evi, Ceyhun Hacıbəyli küçəsi ilə Həsən Əliyev küçəsinin birləşməsində yerləşən möhtəşəm villası, üstəlik bu qədər mülkə sahib olan M.Pənahov dövlət bağlarından da yararlanıb, oradan da ev əldə edib, bu yaxınlarda fəaliyyətini müvəqqəti dayandırmış “La Villa” adlı restoranı, övladları Məhəmməd və Araz Pənahovların bahalı avtomobilləri, ( 10 OU 002- Araz Pənahovun avtomobillərindən birinin nömrəsi) və.s var-dövlətini özündə əks etdirən, lüks həyat tərzi sürməsi araşdırmalarımız zamanı məlum oldu. Qızı Ülkər Pənahova Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Ülkər Pənahovanın yoldaşı Xaliq Qocayev Ədliyyə Nazirliyinin əməkdaşıdır. Ülkər xanım isə ona məxsus olan Mercedes SLC markalı avtomobili və digər markaları şəxsən Dubaya gedərək özü seçib alıb. Məzahir Pənahovun qardaşı Elxan Panahov Yevlax rayonunda prokurordu və onun qanunsuz əməlləriylə bağlı mətbuatda materiallar dərc edilib. Bütün bunlardan əlavə Məzahir Pənahovun ölkə xaricində tikinti şirkətlərinin olduğu da bildirilir Onu da qeyd edək ki, İlham Əliyev bu “dahi şəxsiyyət”i Şərəf ordeni ilə təltif edib.
Aktual
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Canın yansın, Məzi! Saxtakarlıqların memarı…
- 11 May 2023
- 4 minutes read
- 2 years ago