Deyilənlərdən, təqdim olunan faktlardan belə məlum olur ki, ölkənin ən çox korrupsiyaya bulaşmış məmurlarından biri də “Azərbaycan Dəmir Yolları” ASC-nin eks rəhbəri Arif Əsgərov olub. Bu sahəyə ayrılan pulların 10-20 faizi deyil, 60-70 faizi mənimsənilirmiş. Məsələn, qiyməti 10 manat olan hansısa detalı 60-70 manata “aformut” edirmişlər və bu “ənənə” illərlə davam edib. Əldə edilən məıunatlara görə Arif Əsgərovun mənimsədiyi vəsait 70 milyon dolların üzərindədir. Təbii ki, bu milyonlar sayəsində böyük biznes sahibi olub və sərvətini artırıb. -Məlumata görə oğlu Elnar Əsgərov Sumqayıtda 2,3 milyon dollara klinika alıb. -Məhkəmədə Qoşqar Zeynalov bildirib ki, 2011-2013-cü illərdə 3 milyon ABŞ dolları məbləğində pulu Arif Əsgərovdan faiz olaraq alıb. -Arif Əsgərovun oğlu Ürfan Əsgərov Bratislava sakini Elçin Qasımov və Bakı şəhəri, Mirqasımov 2 ünvanında qeydiyyatda olan Elvin Süleymanovla birlikdə ELUREL TRANS S.R.O. şirkətini qeydiyyatdan keçiriblər. Slovakiyanın qərbindəki Bratislava şəhərində Arif Əsgərovun oğlanları Elnar və Ürfan Əsgərovların başqa şirkətləri də var. -Maraqlı olan daha bir fakt ondan ibarətdir ki, keçmiş baş dəmiryolçunun İngiltərəyə “oxumaq dalınca gedən” oğlu hələ 20 yaşında bu ölkədə şirkət sahibi olub. Belə ki, Elnar Əsgərovun adına 2005-ci ilin 13 aprelində Londonda TYROLESE (579) LIMITED şirkəti (şəhadətnamə nömrəsi: 05423339) qeydiyyatdan keçirilib. Daha sonra ASTARA TRANSIT TERMINAL LIMITED adlanan şirkəti faktiki olaraq Türkiyə vətəndaşı Cavad Kamil və İngiltərə vətəndaşı David John Lofton idarə ediblər. Arif Əsgərov 1 fevral 2011-ci il tarixinə qədər bu şirkət vasitəsilə Azərbaycan üzərindən yükdaşımalardan böyük pullar əldə edib. Şirkətin ünvanı 12 Fetter Ln, London, Birləşmiş Krallıq göstərilir. -Arif Əsgərovun daha bir oğlu Azər Əsgərov da atası nazir müavini olanda Londonda şirkət açıb. Kembric Universitetində beynəlxalq əlaqələr üzrə magistr təhsili alan Azər Əsgərov AZTECSA LIMITED şirkətini qeydiyyatdan keçirib (şəhadətnamə nömrəsi: 10147924). Bu şirkət də Arif Əsgərovun vəzifəsinə xitam verildikdən az sonra, 2017-ci il sentyabrın 26-da ləğv edilir. – Elnar Əsgərova daha bir şirkət “Liman Group” şirkətini yaradıb -Əsgərovların Çexiya, Türkiyə, İngiltərə, Slovakiya macəralarıyla bağlı geniş məlumatlar mətbuatda var. -Novxanıda hər birinin dəyəri bir neçə milyon dollarla ölçülən 3 bağ evi, -“Vorovski”də 4 villası, -Şəhərin mərkəzində yeni tikilmiş binalarda 6 evi, -Azərbaycanın müxtəlif rayonlarında imarətləri var. -Arif Əsgərovun Ziya Məmmədovla birgə Rusiyanın Stavropol vilayətinə 200 milyon manat həcmində yatırım qoyduğu bildirilir. Stavropol vilayətində 1000 hektarlarla ərazi alıb, ora taxıl əkdiriblər.
Aktual
Manşet
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Dəmir yolundan başlayan korrupsiya yolu
- 14 June 2023
- 2 minutes read
- 2 years ago