23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Dərman monopolisti Feyziyev

Azərbaycanda dərmanların çox baha olduğu heç kimə sirr deyil. Faktiki olaraq ölkə vətəndaşları 10 qat bahasına dərman almağa məhkum edilib. Məsələn, Türkiyədə 3-4 manata olan dərmanı, ölkəmizdə 35-37 manata almalı oluruq. Bəs, vətəndaşa qənim kısilənlər kimlərdi? Azərbaycanda dərman monopolisti deputat Cavanşir Feyziyevə məxsus şirkətlərdi. Bu biznes birbaşa hakim ailəyə bağlı olduğuna görə illərlə bu barədə danışılsa da, heç bir reaksiya yoxdur. Qayıdaq, Cavanşir Feyziyev faktına. Bu yaxınlarda Londonda ailə üzvlərinin külli miqdarda vəsaitinə məhkəmə yolu ilə əl qoyulan Cavanşir Feyziyev Azərbaycan mətbuat nümayəndələrini təhqir etdiyi müraciətində bütün pulları qanuni biznes fəaliyyəti ilə əldə etdiyini bildirib. Amma onu tənqid edən, onun hesab verməli olduğunu deyənlərə böhtan yaxarkən, özünün müsadirə olunan 11 milyon 500 min manat vəsaitini və habelə müsadirə edilməyən 23 milyon manat üçün (toplam 34 milyon 500 min manat) ölkə qanunvericiliyinə əsasən 6 milyon 900 min manat mənfəət vergisini ödədiyinə dair bank çıxarışının şəklini paylaşmayıb. Feyziyevin “Avromed” şirkəti 2012-ci ildə müxtəlif qurumların keçirdiyi 20 tenderdən qalib çıxardılıb. Bu tenderlərin 15-də təkbaşına, 5-də isə digər şirkətlərlə birgə. Təkbaşına aldığı sifarişlərin həcmi 36 milyon 195 min 605,15 manat təşkil edib. Birgə aldığı satınalmanın məbləği isə 2 milyon 31 min 959,85 manat olub. Şirkət 2013-cü ildə 30 tenderin, 2014-cü ildə 35 tenderin, 2015-ci ildə – büdcə xərclərinin kəskin azaldığı ildə 20 tenderin, 2016-cı ildə 10 tenderin qalibi olub. 2017-2021-ci illərdə də aldığı sifarişlərin həcmi yüz milyonlarla manata çatıb. “Tour İnvest” şirkəti də Feyziyevin nəzarətindədi. Bu şirkət yalnız turizmlə məşğul olmur. Şəkidə yerləşən dörd ulduz ”Şəki Saray Hotel”in sahibidir. Mehmanxananın direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. C.Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan siqaret zavodunun direktorudur. “Tabaterra” zavodu ildə 14 milyard ədəd siqaret buraxa bilər. Bütün bunlardan əlavə, C.Feyziyevin xanımının, oğlunun Azərbaycanda böyük biznesi var. Cavanşir Feyziyev Mərdəkandakı villasının yanında yerləşən obyektini “Təbib”-ə  95 min manata icarəyə verib. Feyziyevin “halal” yolla əldə etdiklərinin bir hissəsinin siyahısı belədir: Zağulba-Buzovna yolunun kənarında 4 hektarlıq villa;

▪️Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetrlik 10 milyonluq obyekt;

▪️Şəkidə fəaliyyət göstərən, dörd ulduzlu “Şəki Saray” hotel;

▪️İngiltərədə biznesi və 2 malikanə (malikanələrin biri 34 milyon, digəri 58 milyon manata alınıb)

▪️”Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil;

▪️Mercedes GL-Class markalı 90 FC 111 nömrəli avtomobil;

“AVROMED COMPANY” QSC “KROKUS LTD” MMC “İMEKS” MMC “AMD TRADE” MMC “DOKTA” MMC “BUTA FARM” MMC “TOUR-İNVEST” MMC “BAKU DRİVERS” MMC Leziz Catering MMC L’Amour Cake Boutique MMC “CASPIAN DISTRIBUTION MANAGEMENT (CDM)” QSC

2. “Tabaterra” QSC

3. “Ardem” MMC

4. “Sarvan” QSC

5. “Tabera” QSC

6. “DİRECT DİSTRİBUTİON GROUP (DDG)” QSC

7. “RETAİL MANAGEMENT” QSC

8. “Sadaf Trade” QSC

9. “Tob İnvest” MMC

10. “Vector” QSC

11. “Novo Trade” QSC

12. “BAKU TRADE MANAGEMENT (BTM)” QSC. “Crocus” Tobacco company – Sumqayit “Imeks” Tobacco company – Baku Media İnvest “Qafqaz Turizm” adlı jurnal “Discovery Azerbaijan” elmi-kütləvi turizm jurnal Şirkətləri 6 minə yaxın adda dərman və dərman preparatları idxal edir. Görübdüyü kimi xəstələrin sağalmaq imkanını bahalı dərmanlarla məhdudlaşdıran “millət vəkili”, öz imkanlarını kifayət qədər genişləndirə bilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *