23 January 2025
Aktual Manşet

Dəyər tanımayan Şəbəndiyev

Adı qara siyahıya düşmüş şəxslərdən biri də Neftçalanın polis rəisi Vüsal Şəbəndiyevdi. Onun barəsində mətbuatda müxtəlif məlumatlar var. Rayonda biznes şəbəkəsi qurması, balıq vətəgələrini ələ keçirməsi, sürücülərə qarşı təxribatlar hazırlaması barədə xeyli faktlar var. Neftçaladan əvvəl Sabirabadda rəis olanda da Vüsal Şəbəndiyev mənfi mənada ad çıxarmışdı.

Keçmiç siyasi məhbus Murad Ədilova qarşı təzyiqlər zamanı o da fəal iştirakçı olmuşdu. Şəbəndiyev Murad Ədilova bildirmişdi ki, onu qardaşı Natiq Ədilova görə həbs ediblər.

Şəbəndiyev o qədər dəyərlərdən uzaq biridir ki, mərhum cəbhəçi Elnur Fərəcovun hüzr mərasiminə də əngəl törətməyə cəhd etmişdi. Elnur Fərəcovun atasını polis bölməsinə çağıraraq bildirmişdi ki, cəbhəçilər, Əli Kərimli hüzrə gəlsə, onlara qarşı fiziki zorakılıq olacaq. Təbii ki, bu təhdidə boyun əyilməmişdi və cəbhəçilər hüzrdə içtirak etmişdi. Amma övladını itirmiş ataya da hörmət etməyən, ölüdən də qisas almaq həvəsində olan bir adam ən ağır ifadələrə layiqdir.

Rayon sakinləri deyirlər ki, Şəbəndiyev insanlarla təhdid dilində danışmağı vəzifə borcu kimi qəbul edir. Mətbuatda Şəbəndiyevlə bağlı ən çox yayılan məlumat isə qaynanası Rozanın erməni olmasıyla bağlıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *