22 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Eks nazirin ismətsiz təsərrüfatı

Bu ölkədə oğurlamayan, korrupsiyaya bulaşmayan məmur tapmaq dünyanın 8-ci möcüzəsi olardı. Oğurlamaq ehtirası, dövlətə zərbə vurmaq potensialı olmayan hüç kimə İlham Əliyev vəzifə vermir. Həm də bütün bu oğru vəzifəliləri orden-medallarla təltif edir. Yaxşı qazana bilmiş vəzifəlilərdğn biri də eks Kənd təsərrüfatı naziri, baş nazirin müavini İsmət Abbasovdu. Onun Kənd təsərrüfatına ayrılan maliyyələri necə mənimsəməsiylə bağlı mətbuatda geniş məlumat var. “Aqrolizinq” vasitəsilə ələ keçirdiyi milyonlar, subsidiyaları həzm etməsi nəticəsində böyük biznesmenə çevrilib. Nazir vəzifəsindən uzaqlaşdırıldığı ərəfədə ölkədən 14 milyon dollardan artıq pul. çıxarıb. O pullar İngiltərədə, oğlu Yunis Abbasov idarə edir.  Yunis Abbasova məxsus  PROPERTY INVESTMENTS LIMITED şirkəti Britaniyada qeydiyyatdan keçib. Yunis Abbasov Britaniya vətəndaşıdı və 2018-ci martın 31-də təqdim olunmuş maliyyə hesabatına görə keçmiş nazirin oğlunun şirkətinin mal varlığı 16 milyon 756 min 802 funt sterlinq və ya 21 milyon dollar dəyərindədir. Sənədə görə, cəmi 1 il ərzində şirkətin aktivlərində 11 milyon funt sterlinqdən çox artım olub. 2017-ci ildə bu rəqəm 5 milyon funt sterlinq təşkil edib.  Yunis Abbasov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov kimi Londonun bahalı məhəllələrindən birində, Temza çayının sahilindəki villasında yaşayır, yaxta sahibidir. A. PROPERTY INVESTMENTS LIMITED keçmiş nazir oğlunun yeganə şirkəti deyil. Bu şirkəti qeydiyyatdan keçirdikdən cəmi 4 ay sonra, 2010-cu il martın 2-də Yunis Abbasov Londonda KAY INVESTMENTS LIMİTED (qeydiyyat nömrəsi 07174206) adlı şirkət də açmışdı. Şirkət Londonda Aston House Cornwall Avenue-də fəaliyyət göstərib və daşınmaz əmlak biznesi ilə məşğul olub. Abbasovların Londondakı 3-cü şirkəti- AIA LONDON LİMİTED (qeydiyyat nömrəsi 07182105) şirkətidir. Bu şirkət də Aston House Cornwall Avenue Finchley ünvanında fəaliyyət göstərib İsmət Abbasov Axərbaycanda “şərab kralı” kimi tanınır. Onun şərab zavodları var. Bundan əlavə Abbasovlar brilliant biznesiylə məşğuldular. Təbii ki, İsmət Abbasov kənd fəsərtüfatı sahəsinə uyğun biznesə də qoşulub. Minlərlə mal-qaraya sahib olub və heyvandarlıqdan pul qazanmağı yaddan çıxarmayıb. Ölkə iqtisadiyyatının 90 faizi neftdən asılı olsa da, kənd təsərrüfarı mallarına tələbat ödənilməsə də, idxaldan asılılıq hər gün artsa da, bu sahəyə cavabdeh olan şəxsin qazancı sürətlə artıb. Sahəni zəlil qoyub, cibi doldurmaq Əliyev idarəçiliyinin dəyişməz qanunudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *