23 January 2025
Aktual Manşet

Gənc, yaraşıqlı və işıqsız hakim

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komtisənin yaydığı hesabata adı daxil olan hakimlərdən biri də Aytən Əliyevadır. İş fəaliyyətinə 2003-cü ildə Bakı İdarəetmə və Texnologiya Kollecinin müəlliməsi kimi başlayıb. 2005-ci ildən 2012-ci ilə qədər ‘Biznes Servis Senter LTD’ Hüquq Müəssisəsinin hüquqşünası kimi fəaliyyət göstərib. 2012-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun hüquq məsləhətçisi işləməyə başlayıb. 2013-cü ildən isə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi çalışmağa başlayıb.

Amma bu gənc xanım hakimlik mantiyasını geyinəndə ədalətin əsas şərt olduğunu düşünməyib. “Azadlıq”qəzetinin maliyyə direktoru Faiq Əmirliyə qarşı absurd ittihama hüquq donu geyindirərək, 3 il 3ay müddətində həbs hökmü çıxarmışdı. Hansıki, Faiq Əmirlinin hansısa dini təriqətə bağlılığı, “nurçu” olmağı müzakirə mövzusu da olmamalıydı.

Tanınmış bloqçu Mehman Hüseynov ona polis idarəsində verilən işgəncələrlə bağlı Sabail məhkəməsinə müraciət etsə də, Aytən Əliyev onun şikayətini rədd etmişdi. Əlbəttə, bütün qərarladər siyasi sifarişlə icra edilir. Amma şərin əlaltısı olmaq, maaş üçün insanların azadlığının əlindən alınmasına vasitəçilik etmək məsuliyyətdən xilas etmir və məhkəmənin oyuncaq quruma çevrildiyini sübuta yetirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *