23 January 2025
Aktual

General Əyyubovun işğalçı biznesi

Beləliklə, aşağıda Bəylər Əyyubovun malik olduöu səhmdar cəmiyytələrin bir qisminin sıyahısını açıqlayırıq: «Bakı Dəniz Balıq Limanı» («Hövsan Balıq Konserv», «Bakı Dəniz Balıq Limanı» və «Soyuducu Donanma» ASC-lərin birləşməsi nəticəsində yaranıb); «Xanlar Aqrosənaye»; «Mərdəkan Broyler»; «Ələt Avtobus Təmiri»; «Dərnəgültikintisənaye»; «Bakqazmaş»; «Bakı Yoltexnikatəmir»; “Cənub”; «Aygün»; «Bakı Yol Tikinti-1»; «Ceyranbatan Körpü Konstruksiyaları»; «Qala» (keçmiş Metallurgiya Nəqliyyat ASC); «Şirvan Mehmanxana»; «Salyan Taxıl»; «Ekspress İnşaat». Rusiyanın ən populyar avtomobil şirkətlərindən biri olan VAZ-ın Azərbaycandakı nümayəndəliyi məhz B.Əyyubovun nəzarəti altındadır. VAZ-ın ölkəmizdəki təmsilçisi olan “Xəzər-LADA” ASC-nin rəsmi rəhbəri prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumu olsa da, bütün maliyyə məsələlərini B.Əyyubovun yaxın adamı olan Haday adlı şəxs həyata keçirir. Bəylər Əyyubovun əsas gəlir mənbələrindən biri kənd təsərrüfatı sahəsidir. Bu gün Əyyubov kənd təsərrüfatı, heyvandarlıq sektorunun 50 faizindən çox hissəsinə sahiblik edir. Əsasən Goranboy, Daşkəsən, Gəncə, Xanlar, Ağcabədi və Xızıda fəaliyyətini quran general heyvandarlıq, broylerlər, hətta gül və tərəvəz parniklərinə sahibdir. B.Əyyubovun biznes imkanlarını genişləndirməsinin başqa bir tərəfinin isə Azərbaycana gətirilən bəzi məhsulların monopoliyasını yaratmasıdır. Sirr deyil ki, kilosu 15-20 qəpiyə olan və Bakıda 2 manatdan aşağı olmayan banan tam monopoliyadır. Generalın banandan başqa nəzarətdə saxladığı digər sahə tikinti materiallarıdır. Əsasən sement, armatur bazarında ciddi çəkiyə malik olan generalın şirkətləri tikinti bumu zamanı sərvətin daha da şişməsinə nail oldular. Əyyubovun yol və körpü inşasında da mühüm rolu danılmazdır. Generalın digər qazanc mənbəyinin şadlıq evləri, turist bazaları olması da diqqətə çatdırılır. Onların ən avanqardı kimi «Ay işığı» restoranlar şəbəkəsi göstərilir. Gəncə və Daşkəsəndə də generalın xüsusi istirahət obyektləri var. Bakıya “R&V Servis” tərəfindən 100 ədəd “Daevo” markalı avtobus gətirilmişdi və bu şirkətin də Əyyubova məxsus olduğu aşkarlanmışdı. Generalın Türkiyədə “Güllübulaq”MMC və “Alıoğlu” MMC şirkətləri var. Eyni zamanda Türkiyədə bir neçə milyonluq villası var. Ona aid Mercedes G65 AMG Brabus, Mercedes G300 Professional, Mercedes S65 AMG, Toyota Land Cruiser avtomobillərinin qiyməti milyon dollardır, nömrələri isə əsasən 002 ya da 007-dir – polis və xəfiyyə nömrələri. Gəncədə də bir neçə evi, Bakıda “Port Baku” layihəsində də milyonlarla dəyərdə iki mənzilinin olduğu söylənilir. O da bildirlir ki, generalın qol saatı “Roger Dubuis”dan 400 min dollar dəyərindədir. Yeri gəlmişkən, Əyyubovun qardaşı oğlunun İstambulda 2 milyon dollarlıq villa alması da mətbuatın diqqətini çəkmişdi və villanın foto görüntüləri yayılmışdı. Bəylər Eyyubovun onlarla iş adamını sıradan çıxarması, onlarla şəxsin biznesini çökdürməsi, şantaj yoluyla monopolistə çevrilməsi də başqa yazının və başqa araşdırmanın mövzusudur. Reallıq isə budur ki, bir neçə ailə ölkəni tamamilə işğal edib və şəxsi qənimətləri kimi talan edirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *