14 il Göygölə rəhbərlik etmiş Arif Seyidov da fütsəti yaxşı dəyərləndirib. İlham Əliyev tərəfindən 60 illik yubileyində 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş eks başçı “fərasətli” adam olub. Vətənə “xidmət” etdikcə, sərvəti artıb. ▪️Göygöl şəhəri, Hummel, ev 69A ünvanında mənzil ▪️Göygöl şəhəri, Səbuhi Hacıyev, ev 112 ünvanında mənzil ▪️Göygöl rayonu, Aşıqlı kəndində villa, ▪️Göygöl rayonu, Toğanalı kəndində dəbdəbəli bağ evi ▪️Göygöl rayonu, Aşıqlı kəndində daha bir mənzil ▪️Gəncənin Hacıkənd kəndində mənzil ▪️Göygöl rayonu, Mixaylovka kəndində növbəti mənzil ▪️Göygöl rayonunda qardaşı Maarifin idarə etdiyi mal-qara ferması ▪️Göygöl xəstəxanasının qarşısında olan aptek ▪️Göygöl, Topal Həsənli kəndində “Qala Dibi” restoranı ▪️Göygöl rayonunda Məkan çay evi, ▪️Göygöl rayonunda Elit çay evi, ▪️Daşkəsəndə və Göygöldə torpaq sahələri və yaylaq yerləri. ▪️Gəncə çayı hövzəsində üç iri gölü ▪️Qardaşına və özünə məxsus mal-qara fermaları ▪️Göygöldə olan Əminə marketin şərikliyi ▪️Köhnə Koroğlu mehmanxanası, əvvəl yandırdı sonra özü sahibləndi. ▪️Göygöl şəhəri köhnə poliklinika binası ▪️Göygöl şəhəri köhnə uşaq bağçası ▪️Göygöl şəhəri köhnə evlər idarəsi ▪️Azyaşlı oğlu Samirin sürdüyü Mercedes-Benz Geländewagen (010) ▪️25-BD-005 dövlət nişanlı Niva markalı maşın ▪️BMW markalı avtomobil ▪️Qardaşı Maarifin adına “Bulaq” Sahibkar Müəssisəsi MMC ▪️Aşıqlı kəndində 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi ▪️Şəhərin özündə yaxın qohumlarının əldə etdiyi 50-dən artıq torpaq sahələri ▪️Aşıqlı, Mixaylovka və Toğanalı hektarlarla torpaq sahələri, iaşə obyektləri və mənzilləri mövcuddur. ▪️Oğlu Sabir Seyidov DİN-in inzibati xətalar üzrə inspektorudur. Bakıda mənzil və mülkləri var. Qanun yox, hesabat yox, izahat yox. Çapıb-talayırsan, yuxarıların da haqqını ödəyirsən. Sadə camaatın zülm çəkməsi bunların vecinə də deyil.
Aktual
Manşet
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Göygölün göyərtdiyi kəndxuda
- 11 May 2023
- 2 minutes read
- 2 years ago