23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Hadinin biznes vadisi

Azərbaycanda bütün deputatların təyinatla aeçildiyi heç kimə sirr deyil. Və əksər deputatların biznesmen olduğu da hamıya məlumdu. Xalqa deyil, hökumətə xidmət edirsən və bu xidmət satəsində milyonerə çevrilirsən. Belə deputatlardan biri də Hadi Rəcəblidir.  Deputatın qızı Ülviyyə Tahirli TOURMEDİST Məhdud Məsuliyyətli Cəmiyyətini 2016-cı ilin avqustunda qeydiyyatdan keçirib. “Tourinvest” MMC səhiyyə və turizm sektorunu bir araya gətirir, bağlantıları Türkiyə və Qazaxıstana qədər uzanır. Qısa müddət ərzində beynəlxalq biznes şəbəkəsinə çevrilən TOURMEDİST-in Amerika, İsrail, İngiltərə, Hindistan, Cənubi Koreya və Yaponiyada 400-dən artıq klinikaya çıxışı var. Bakının Zərifə Əliyeva küçəsi 55 ünvanında yerləşən “Yeni Həyat” Plazadakı 250 kvadrat metr sahəsi olan biznes mərkəzi  deputatın nəvəsinə məxsusdur. Fəqan Tahirli 2017-2018-ci ildə illik təhsil haqqı 13 min dollar olan Londonun Koventry Universitetində magistratura təhsili alıb. Hadı Rəcəblinin kürəkəninə gəlincə, İlham Tahirli Kapitalbankın Nağd vəsaitlərin idarə edilməsi departamentinin müdiridir, “Qlobal Humanitar” qeyri-hökumət təşkilatının rəhbəridir. Onun rəhbəri olduğu QHT Hadı Rəcəblinin dəstəyilə Lənkəranın bir neçə kəndinə su xətləri çəkilməsi layihəsi hesabına Yaponiyanın Azərbaycandakı səfirliyindən külli-miqdarda vəsait alıb. Məsələn, 2018-ci ildə sabiq deputatın kürəkəni Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Tükəncil kəndinə içməli su xəttinin çəkilməsi adı altında 89,131 dollar qrant alıb. 2017-ci ildə isə Yaponiya hökuməti tərəfindən Rəcəblinin kürəkəninə aid təşkilata 83,213 dollar qrant (Günəhir kəndinə su xətti çəkilməsi) üçün ayrılıb. Hadı Rəcəblinin indiyədək bəlli olan ailə şirkətlərinin siyahısı da açıqlanıb. Onlar aşağıdakılardır:

1. “VRS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi keçmiş deputatın gəlini SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır. VRS – Vüsal (Rəcəbli) Səidə adları və soyadının abbreviaturasıdır.

2. “MOBA3” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi SƏİDƏ RƏCƏBLİ PƏRVİZ qızıdır.

3. “VRS CONSULTİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Qanuni təmsilçisi CÜLYETTA HƏSƏNOVA ƏNVƏR qızıdır.

4. “VR SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – təsisçisi RƏCƏBLİ VÜSAL HADI oğludur.

5. “K.E.T.S” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi RƏCƏBLİ TURAL HADI oğludur.

6. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ – Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.

7. “MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

8. “KAVERSON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.

9. “APTUST” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.

10. “ŞERİF-R” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.

11. “VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – Qanuni təmsilçisi Hadı Rəcəblinin yaxın qohumu Şadil Xəzail oğlu Rəcəblidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *