23 January 2025
Aktual Manşet

İcra başçısının Bərdəyə sığmayan sərvəti

Sosial şəbəkələrdə Bərdənin icra başçısı Vidadi İsayevin sərvətilə bağlı paylaşımlar diqqəti cəlb edir. Vidadi İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektləri var. Bahalı avtomobillər, kafelər, retoranlar da öz yerində. Vidadi İsayev bölgələrdə də əzəmətli imarətlər, mağazalar tikdirib. Onun ölkədən kənarda – Rusiyada, Türkiyədə biznesi var: -Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil -H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil -Şərq küç, ev 11B ünvanında xidməti mənzil -Oğluna 100.000 manatlıq çayxana -Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan -“Ana və Uşaq” kafesi -“Təchizat BCS” MMC şirkəti -Bərdədə ikimərtəbəli mağaza -Mixaylovka kəndində bir imarət -Ağcakənddə ikinci böyük villa -Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə -90-GP-555 dövlət nişanlı Toyota Prado -Mercedes G63 AMG -Bərdədə Heydər Əliyev parkında kafe -Yevlaxda əzəmətli villa -Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri -Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər -Rusiyada, Türkiyədə biznes və obyektlər  Vidadi İsayev yaxın adamlarını da yaddan çıxarmayıb. İddiaya görə, oğlu, kürəkəni onun sayəsində Bakıda obyekt işlədir. Vidadi İsayevin Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyevlə quda olduğu bildirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *