23 January 2025
Aktual Manşet Qaraj avtolar

İcra başçısının “halal” biznesi

Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq məmurların biznes və kommersiya obyektlərinə sahib olduqları heç kimə sirr deyil. Bu sırada icra başçılarının da adlarını vurğulamaq olar. Belə şəxslərdən biri də Sabunçunun icra başçısı Adil Vəliyevdir. Adil Vəliyev ən çox şikayət olunan icra başçılarındandı. Məsələn, Sabunçu rayonunda ev tikmək istəyən şəxs icraya 4000-5000 manat rüşvət verməlidir. Əks halda, tikinti uçurulacaq, tikən şəxs məsuliyyətə cəlb ediləcək. Bu soyğunçuluqla bağlı prezidentə saysız şikayət məktubları ünvanlansa da, heç bir nəticə yoxdur. İndi isə Adil Əliyevin biznes imperiyasının bir hissəsiylə tanış olaq.  Siyahını təqdim edirik:

  1. Sabunçuda 4 hektarlıq ərazidə mərmər sexi

2. Sabunçu qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexi.

3. Bakıxanov qəsəbəsi, Mədəniyyət küç. “Şəhrizad” Uşaq Bağçası. Sabunçu, Aydınbəyov küç. 19 ünvanda yerləşən 3 saylı uşaq bağçası

4. Nərimanov rayonu, E. Qocayev küç. ev 17 ünvanında mənzil. Xəzər rayonu, B. Əliyev küç. Dön. 4, ev 34 ünvanında mənzil. “Euro Style” LTD şirkəti və FASHION MMC.

5. Bakıdakı “Euro Style” adlı bütün bərbər salonları. Nizami rayonu, B. Çobanzadə küç “Sarı gəlin” şadlıq sarayı

6. Bakıxanov, Mehmandarov küç. 12 ünvanında “AQAT” şadlıq sarayı.

7. “Bakıxanov Rezidens” yaşayış kompleksi.

7. Binalara üzlüklər çəkən “AQAT” şirkəti. “Volkswagen”, “Porche”, “Audi”, “Seat” avtomobil markalarının ölkəmizdə rəsmi dileridir. Bu markaların satıldığı bütün mərkəzlərdə ona aiddir.

Adil Vəliyevin 3-4 milyonluq şəxsi avtomobil kolleksiyası da var: “Posche Mansory 958 Cayenne”. “Ferrari F 12 Berlinetta”. “Land Rover Range Rover. 2 ədəd göy və Qırmızı rəng “Porsche 911” Həmin maşınlara aid olan dövlət nişan nömrələri isə belədir: 10-AA-818, 10-YY-078, 10-FF-078, 10-AL-078, 10-AA-078, 99-CF-999 və 99-ON-999. Bunlardan əlavə onun Adil Vəliyevin biznesinə Sabunçuda bir neçə göydələn, ticarət obyektləri, fərdi yaşayış sahələri və torpaq sahələri də daxildir. Bundan başqa Adil Vəliyevin də digər məmurlar kimi xaricdə də milyonluq mülklərinin və şirkətlərinin olduğu bildirilir.

“Azəravtoyol”un bütün tenderlərində qalib olan şirkətlər (Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Goradil, Novxanı, Saray, Corat yolunu (39,6 km) A.Vəliyevin şirkətləri çəkib. Bunlardan əlavə Adil Əliyevin Bilgəhdə qum karxanası da var. Araşdırmaçı jurnalist Cavanşir Həsənli də Adil Əliyevin oğlunun idarə etdiyi biznesin siyahısını dərc edib: BAKIXANOV REZİDENS A BAKIXANOV REZİDENS B BAKIXANOV REZİDENS 1 BAKIXANOV REZİDENS 2 BAKIXANOV REZİDENS 3 FİRELAND FİRELAND2 RAMANA REZİDENS BRİLLİANS REZİDENS 1 BRİLLİANS REZİDENS 2 Yeni yaşayış binaları layihələri: – BAKIXANOV ZƏFƏR1 – KOROĞLU REZİDENS – ƏFƏNDİLƏR GROUP – ƏFƏNDİLƏR MMC – “YAŞIL CONSTRUCTİON” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ –“BƏRGÜŞAD-Ş” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – AVTOMOBİL TƏMİRİ MƏRKƏZİ “Volkswagen AG”nin Azərbaycanda rəsmi dileri (Nizami r-nu, Babək prosp. 35 A Bakı) – CAFE CAYENNE (57 Üzeyir Hacıbəyov, Bakı)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *