Azərbaycan hakimiyyəti uzun illərdi fərqli fikri boğmaq üçün bütün iyrəncliklərdən istifadə edir. Təbii ki, bu iyrəncliklər öz peşəsinə xəyanət edən hakimlərin, prokurorların, polis nəfərlərinin sayədində həyata keçirilir. Ona görə də rejimin işgəncə, repressiya alətinə çevrilmiş şəxsləri tanımalı, tanıtmalıyıq. İctimai qınaq o həddə olmalıdır ki, başqaları da şərin planında iştirakdan imtina etsin.
Belə şəxslərin arasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə keçmiş böyük müstəntiqi İbrahim Ləmbəranskidir. Bu şəxs Quba hadisələri zamanı xüsusi canfəşanlıq göstərərək xeyli günahsız insana təzyiq göstərib. NİDA-çıların işində qəddarlıq edib, gənclərin şərlənməsində bütün potensialından yararlanıb, hüquq müdafiçisi Leyla Yunusun, jurnalist Rauf Mirqədirovun işi kimi siyasi motivli həbslər zamanı məşhurlaşıb. İbrahim Ləmbəranski 2012-ci ilin 1 oktyabrında prezidentin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.