Bu ölkədə vəzifədə olub oğurlamayan adama fərasətsiz deyirlər. Əgər kürsüyə əyləşdinsə, talan etməlisən. Məhz buna görədir ki, zəngin bir ölkənin vətəndaşları səfil vəziyyətində yaşayırlar. Hərə bir rayonu caynağına keçirib, həm özü yeyir, həm də yuxarıların haqqını çatdırır. 78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov da “ənənə”ni yaşadanlardandı. İcra başıçısı olduğu müddətdə nəhəng sərvət əldə edib. Deputatın bizə məlum olan sərvəti aşağıdakılardan ibarətdi: 1. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir). 2. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar). 3. Lerik rayonunda dəvəquşu ferması. 4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi. 5. Lerik rayonunda donuz ferması. 6. Lerik rayonunda 2 villa. 7. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq. 8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti). 9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti). 10. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil. 11. Şamaxı rayon, Göylər kəndinin yaxınlığında ferma. 12. “Piran broyler” şirkəti (qardaşı Çingiz Məmmədov idarə edir). 13. Piran kənində şebel və kərpic fabrikləri. 14. Şüvəlan və Novxanıda villa. 15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər. 16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektləri və mənzillər. 17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər, 18. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil.
Aktual
Manşet
Qaraj avtolar
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
“İqbalyonış”
- 01 June 2023
- 1 minute read
- 2 years ago