Yəqin ki, keçmiş Kənd təsərrüfatı naziri, hazırda Dənizçilik Akademiyasının rektoru Heydər Əsədovu xatırlayırsız. Oğlu Asif Əsədzadə atasının hesabına İngiltərədə çoxlu mülklərə, bahalı avtomobillərə sahibdir. Mətbuat vaxitlə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazırdı. Digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir, otel, BEŞİKTAŞ, SEBA KOMPLEKSİ SELENİUM-TWİNS B BL.D.244 ünvanında mülk alıb, Heydər Əsədov hələ Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsində olarkən… Vaqif Əsədzadə və həyat yoldaşı Günay Abdullayeva VAGU TURİZM SANAYİ və TİCARET LİMİTED şirkətini 2012-ci ilin fevralın 1-də İstanbul Ticarət Müdirliyində öncə 100 min lirə nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib (VAGU – VAqif və GUnay). Həmin il mayın 2-də nizamnamə kapitalı 1 milyon lirəyə qaldırılır. Lirənin o zamankı kursu ilə 650 min dollar! Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı olan, Milli Məclisə hesabat verən qurumun rəhbəri oğlunun Türkiyəyə çıxardığı yarım milyon dollardan artıq vəsaitin hesabatını verməmişdi. Büdcə-maliyyə oğurluqlarını, yeyintilərini aşkara çıxarmalı olan şəxs öz oğurladıqlarını xaricə daşıyırdı. Və bir il sonra kənd təsərrüfatı naziri təyin olunur. Ən nəhayət 2019-cu ildə Dəniz Akademiyana göndərilib. Heydər Əsədovun qızı Fəridə Məmmədovanın da xaricdə yaşadığı və hətta onun bizneslə məşğul olduğuna dair məlumatlar var. Qeyd edək ki, Fəridə Məmmədova sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır. Fəridə Məmmədova “Naz” moda evinin sahibidir. Qeyd edək ki, moda evinin Bakıdakı təmsilçisi “NAZ Couture” modalar evidir. Anar və Fəridə Məmmədovalar rəsmi olaraq Azərbaycan vətəndaşı olsalar da, 2018-ci ildən etibarən Londonda yaşayırlar. Heydər Əsədovun Rəsulzadə qəsəbəsindəki villalarından biri 5 mərtəbəlidir. İddiaya görə, tikintisi 6 milyon manata başa gələn bu villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Sabiq nazirin “Milyonerlər məhəlləsi”ndəki 3 mərtəbəli digər villasının isə 2 milyona başa gəldiyi qeyd edilir. “Ramko”MMC Qeyd edək ki, hal-hazırda “RAMKO” MMC Bərdə rayonunun Xamtorpaq ərazisində 50 hektara yaxın ərazidə və eləcə də digər rayonlarda böyük həcmli tikinti layihələrini həyata keçirir. Bu tip milyonluq layihələrdən biri də- Süni Mayalanma Mərkəzi şirkət tərəfindən Göygöl rayonunda inşa edilir. Heydər Əsədovun taxıl biznesi də var. “Porsche” markalı avtomobillər isə Əsədovların sevimli minik növüdür.
Aktual
Manşet
Qaraj avtolar
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Kənd təsərrüfatı nazirinin dənizçilik karyerası
- 03 May 2023
- 2 minutes read
- 2 years ago