“Metropoliten”in keçmiş sədri, YAP Yasamal şöbəsinin sədri Tağı Əhmədov yaddaşlara hopmuş məmurlardandı. Jurnalsitlərdən bir-bir sual verməyi tələb edən Tağı, məlum olur ki, 10-10 oğurlayırmış. Metronun içində və bayırında olan ticarət köşklərinin icarəsindən, dövlətin ayırdığı datasiyalardan geniş yararlanıb, böyük biznesmenə çevrilib. Yerin altına rəhbərlik etsə də, yerin üstündə sərvət toplayıb.Tağının özünün ifadəsində bildirdiyi kimi, metroda cəmi 1200 ticarət nöqtəsi var idi. Hər bir ticarət nöqtəsinin aylıq haqqı isə 300 manatdan 1500 manata qədər imiş. Eyni zamanda MTN işi zamanı Tağının böyük pul dağının olduğu üzə çıxdı. Məhkəmədə etiraf etdi ki, Akif Çovdarova 3 milyon manat rüşvət verib. Məhkəmə zananı o da məlum oldu ki, bütün metropoliten 5 yerə bölünübmüş. Qardaşı oğlu “Koroğlu” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan hissəyə nəzarət edirmiş. Tağı Əhmədovun hakim işləyən oğlu Rauf Əhmədov bütün 1200 mağazanı öz uşaqlıq dost-tanışlarının adlarına rəsmiləşdiribmiş. Daha sonra məlum olur ki, Tağının Dubayda iki mağaza, 1 restoranı, Taksimdə 2 mağazası var. Ofşorda qeydiyyatdan keçmişç 4-5 firma vasitəsilə Tağı Əhmədov 58 milyon dolları Dubaya çıxarıb. Orada tikilən 37 mərtəbəli otelin 3 mərtəbəsini oğlu Ruslanın adına alıb. Taksimdəki iki mağazanın dəyəri isə 7 milyon dollar qiymətləndirilir. Daha 5 milyona Moskvanın “Tverskaya” metro stansiyasının yaxınlığında mağaza alaraq icarəyə verib. Bundan başqa, Rusiya paytaxtında daha 4-5 obyekt alınıb. Bakıya gəlincə, Tağı Əhmədov “Sahil” metro stansiyasının üstündə 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksindı 4 mənzil, başqa ünvanlarda 4-5 ev alıb. Bir neçə restoranı var – bunlardan ən məşhurları “Kolizey” və “Şəhrizad”dır. Həmin “Kolizey” 2015-ci ildə 20 milyon manata satışa çıxarılmışdı. “Gənclik” metro stansiyasının yaxınlığında 1200 kvadrat metrlik ev tikdirib, evin içində mini-ATS quraşdırılıb. Neft Akademiyasının əsas korpusuyla üz-üzə 7 dükanı var. Bundan başqa, Tağı Əhmədovun Bakıda və Bakıətrafı kəndlərdə bir neçə mülkü və bağ evləri müəyyən edilib. Məlum olub ki, Tağı Əhmədovun rəhbərlik etdiyi dövrdə metropolitendə 1000 nəfərə qədər “ölü can” saxlanılıb və onların hamısının adına maaş yazılırmış. Məlum olub ki, bu “ölü can”ların arasında sözün həqiqi mənasında rəhmətə gedən adamlar da olub. Tağı Əhmədovun Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədovun adına 2010-cu ilin dekabrın 1-də rəsmiləşdirilmiş “AS STRETCH” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT də var. Şirkətin hüquqi ünvanı Bakının Nərimanov rayonu, Ələsgər Qayıbov 10-da yerləşir, nizamnamə kapitalı 100123.27 ABŞ dollarıdır. “AS STRETCH” MMC-nin fəaliyyəti istehsal yönümlüdür. Şirkətə məxsus zavodda kağız və polipropilen əsaslı plastik, stəkanlar, qablar istehsalı olunur. “Texnikabank”, “Bank of Baku” və “Unibank” da Tağı Əhmədovun 21 milyon manat pulunun olduğu da aşkar edilib.
Aktual
Manşet
Xalqdan oğurlanıb xaricdə alınan mülklər
Metro Tağının qatar-qatar pulları
- 29 April 2023
- 3 minutes read
- 2 years ago