Ədalətsiz qərarlarıyla məhşulaşan hakimlər sırasında Eldar İsmayılov da var. Eldar İsmayılov əvvəllər MTN-də işləyib. Sonralar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Xeyli sayda siyasi, həm də qeyri-siyasi işlərdə hökmlər çıxarıb, mətbuatın diqqətini cəlb edib. Məsələn, yaşlı kişini vəhşicəsinə döyüb, ağır xəsarət verən idmançıya 3 il hökm oxumuşdu. Amma günahsızlığı sübut edilən, siyasi sifarişlə həbs edilən Mövsüm Səmədova 10 il cəza vermişdi.
Eldar İsnayılov Rufulla Axundzadə və digər dindarların məhkəmə prosesini də idarə edib, vəsadətləri təmin etməyib, ağır cəzalar təyin edib. Hüquq müdafiçisi, keçmiç siyasi məhbus Rəsul Cəfərova, NİDA-çı gənclərə hökm oxuyan hakimlər sırasında Eldar İsmayılovun adı var. Görünür, MTN təcrübəsi Eldar İsmayılova ədalətsizliyə ədalət donu geynidirməkdə köməkçi olub. Qara mantiyanı qaranlıqlara işıq saçmaq üçün yox, qara qüvvələr xidmət üçün geyinənlər dövlətin və xalqın düşmənləridi.