23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Nağdəliyev nisyəni xoşlamır!

Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Ramiz Nağdəliyev də ölkənin varlı şəxslərindəndir. Nağdəliyevin  Polşa, Rusiya və Azərbaycanda böyük biznesi var. Daha doğrusu böyük biznesi Nağdəliyevin oğlanları Hikmət və Nemət Nağdəliyev idarə edir. 2017-ci ilin oktyabr ayında Nemət Nağdəliyev Azərbaycanın Polşa Respublikasındakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib. Noyabr ayında isə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilir. Hikmət Nağdəliyev isə  Varşavada 3 şirkət (“NHN Poland SP” MMC, “Rasalas SP” MMC və “Alsephina SP” MMC) təsis etmişdi. O, həm də bu şirkətlərin direkturudur. H.Nağdəliyev şirkətlərdən birinin (“Rasalas sp. z o.o.”) nizamnamə kapitalına 1,895.000 Polşa zlotu və ya təxminən yarım milyon ABŞ dolları sərmayə yatırlıb. Şirkət maliyyə xidmətləri göstərir. 2011-ci ildə o, qardaşı Nemət Nağdəliyev və Moskvadakı başqa bir iş adamı ilə birlikdə “İnterloyev- XXI Vek” MMC yaradıb. Şirkət fəaliyyət göstərmədiyinə görə vergi xidmətinin qərarı ilə dövlət reyestrindən çıxarılıb. 2019-cu ildə H. Nağdəliyev Bakıda “Nature and History Production” MMC-ni yaradıb. Bu şirkət IDEA İB ilə birlikdə “Azərbaycanın 7 möcüzəsi” adlı televiziya layihəsini icra edib. Daha sonra isə  Hikmət Nağdəliyev “Smartmart” MMC-ni təsis edib. O da “Nature and History Production” MMC kimi “Region Aqro” MMC ilə eyni hüquqi ünvanı bölüşür. 2014-cü ilin dekabrında attaşe Nağdəliyev Moskva polisinə şəxsi “Land Rover Range Rover” avtomobilinin oğurlanması haqda müraciət edib. Polisə təqdim etdiyi ərizəsində o, maşını 5 milyon rubl dəyərində qiymətləndirib. Ovaxtkı məzənnə ilə bu, 100,000 ASŞ dolları edir. Polis qaçırılmış avtomobilin tapılıb-tapılmadığı haqda məlumat verməyib. Amma cavabını axtaran suallardan biri 29 yaşı gənc diplomatın qiyməti 100,000 dollar olan minik avtomobilini nəyin hesabına almasıdır. Məlumata görə Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranları da Nağdəliyevlərə məxsusdur. Nağdəliyevlərin bir neçə yanacaqdoldurma məntəqəsinə sahib olduğu da aşkar edilib. Bundan əlavə Zeynal Nağdəliyevin ölkənin müxtəlif rayonlarında dəndəbəli villaları var. Qubada tikdirdiyi villanın bir neçə milyon dollara başa gəldiyi bildirilir. Nağdəliyevin əsas qazanc mənbəyi isə şirkətlərinin tenderlərdə “qalib”gəlməsidir. Arşadırmaçı jurnalistlər qeyd edirlər ki, bu tenderlər vasitəsilə əldə olunan milyonlar ölkə xaricinə çıxarılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *