23 January 2025
Aktual Manşet Qaraj avtolar

Oliqarx Ramiz

Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən – təxminən 40 il öncə işləməyə başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi olub. Azərbaycan vəzifə tutan şəxslərin milyonerə çevrilməsi adi haldır. Ən kiçik post tutan şəxsin də biznes imperiyası olmalıdır. Təbii ki, bu var-dövləti maaşla əldə etmək mümkün deyil. Ramiz Zeynalov da özü və yaxınları üçün şərait yaratnağı bacaran səlahiyyət sahiblərindəndir.

Ramiz Zeynalovun Azərbaycanın şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar ərazidə agacları məhv etdirərək 4 ay ərzində yerində nəhəng daş karxanası və beton zavodu inşa etdirib.  Avtomobil nömrələri və sürücülük vəsiqələrinin verilməsi də külli miqdarda vəsait deməkdir ki, bu sahədə də R.Zeynalovun dövründə böyük bazar yaranıb.

Məlumata görə  R.Zeynalovun bir çox rayonlarda villa və otelləri var. Bu sırada doğulduğu və qardaşı Tofiq Zeynalovun bir zamanlar icra başçısı olduğu olduğu Tovuz rayonu xüsusi yer tutur. İndi isə qardaşı Tofiq Zeynalov haqqında. Tofiq Zeynalov daha çox şəxsi biznesi ilə məşğul olur. Rayondakı bütün təmir-tikinti işləri “Qovlar Təmir Tikinti” MMC tərəfindən aparılır. Bu şirkətə köçürülən vəsaitlərin məbləği isə on milyonlarla ölçülür.

Rayonun Maliyyə İdarəsinin rəisi Mübariz Salmanov da Tofiq Zeynalovun dayısı oğludur. Mediada səslənən iddialara görə, büdcə təşkilatlarına köçürülən vəsaitlərdən bir qayda olaraq, 13 faiz tutulur. Bunun 8 faizi icra başçısına ötürülür. Başçının oğlu Qoşqar Zeynalov isə Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində çalışır. T.Zeynalovun vəzifəyə təyin etdiyi digər qohumların siyahısı: Mətləb Qasımov – baş mühasib, icra başçısının xalası qızının əridir. Mətanət Sarı qızı Musayeva – İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra başçısının qardaşı Fikrət Zeynalovun baldızı. Yaşar İbrahimov – rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının əmisi qızının əri. Xaqani Cəbrayıl oğlu Əskərov – Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi birliyinin rəisi, icra başçısının bacısı oğlu. Aydın Qədir oğlu Qasımov – Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra başçısının kürəkəninin dayısı. Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra başçısının qaynı. Rəşid Həsənov- rayon memarlıq və tikinti şöbəsinin müdiri, icra başçısının əmisi qızınin əri. Elxan Əziz oğlu Əskərov – Rayon enerji satışı şöbəsinin rəisi, icra başçısının yaxın qohumu və s.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *