İlham Əliyevin təyin etdiyi icra başçıları mümkün qədər çapıb-talamaq və yuxarının “haqq”ını verməklə mğşğuldular. Sanki hər rayona bir əjdaha təhkim edilib, onlar da dövləti və xalqı zəlil etməklə məşğuldular. Masallının, Astaranın, Yardımlının icra başçısı olmuş Qəzənfər Ağayev də bu “missiya”nı yerinə yetirənlərdəndi. Onun təkcə Masallıda sahib olduqları aşağıdakılardan ibarətdi. 1. Balıq yetişdirmək məqsədi ilə Şərəfə kəndi ərazisindəki su tutarı, sahəsi 10 hektar. 2. Şərəfə kəndində təsərrüfat məqsədli torpaq, sahəsi – 17.5 hektar. 3. Balıqçılıq məqsədi üçün “Qarğalıq Istili”, sahəsi 30 hektar. 4. Kürdəbaz kəndində balıqçılıq məqsədi üçün su tutarı, sahəsi 5 hektar. 5. “Babaser su anbarı”, sahəsi 20 hektar. 6. Masallı şəhəri mərkəzindəki tibbi obyekt, sahəsi 1000 kvadrat metr. 7. Eminli kəndinin örüş sahəsi, sahəsi 15 hektar. 8. Qum-çınqıl satış mərkəzi, sahəsi 2000 kvadrat metr. 9. Qızılağac kəndində su tutarı, sahəsi 20 hektar. 10. “Digah Istili” su tutarı, sahəsi 5 hektar. 11. “Viləşçay” su anbarının ərazisi qorunur, tutulan balıqlar satılır. İnsanlar su anbarına yaxın buraxılmır. 12. “Xalıcallı İstili” su tutarı, sahəsi 134 hektar. 13. Tərəvəz bazarı. 14. Masallının “Qala bazarı” deyilən hissəsində tikilən 40-dan çox obyekt. 15. Olimpiya kompleksi deyilən idman mərkəzi ilə üzbəüz 3 hektarlıq sahə. Həmin ərazidə bir inzibati bina, bir restoran və istirahət üçün 9 “domik” var. 16. Qəriblər kəndi ilə Ərkivan kənd ərazisinin sərhəd hissəsində yarım hektar torpaq sahəsi. 17. Boradigah qəsəbəsində sahəsi 30 hektar olan balıqçılıq təsərrüfatı. 18. Masallı-Bakı magistral yolunun sağ hissəsində sahəsi 12 hektar olan inşaat materialları bazarı. 19. Masallı-Lənkəran magistralı yolunun sol tərəfində “Cənnət bağı” restoranı. Həmin ərazidə çəpərlənmiş 5 hektar meşə zolağı və 10 hektar müxtəlif ağac yetişdirmək üçün sahə.