22 January 2025
Aktual Manşet Qaraj avtolar Xalqdan oğurlanıb xaricdə alınan mülklər

“Qaçqınkom”un qaçırdığı milyonlar

1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, 2018-2019-cu illərdə baş nazirin müavini olub, hazırda YAP sədrinin müavini olan Əli Həsənov haqqında yazaq.
Əli Həsənov son dəfə  mətbuatın diqqətini   nəvəsi Nail Allahverdiyevin törətdiyi qəza nəticədə iki nəfərin ölümü və iki nəfərin yaralanması hadisəsiylə cəlb etmişdi. Amma yüksək vəzifə sahibi olan babasının sayəsində iki il sonra azadlığa buraxıldı. Sonra məlum oldu ki, Nail Allahverdiyevin bahalı avtomobil  kolleksiyası var. Onu da deyək ki,  Nail Allahverdiyevin atası Elman Allahverdiyev 2017-ci ildə Almaniyada milyonlarla avroya aldığı otellə bağlı Qərb mətbuatının “qəhrəmanına” çevrilmişdi. Mətbuatda onu Əli Həsənovun kürəkəni kimi təqdim edirlər, amma atasının adı qrafasında keçmiş “Qaçqınkom” sədrinin adı yazılıb. O, Əli Həsənov “Qaçqınkom” sədri olan vaxtlarda Almaniyanın Hamburq şəhərində ilk şirkətini – LOHIMEX GMBH-ni 2014-cü ildə qeydiyyatdan keçirib. Bu şirkət hazırda logistika sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyev 2015-ci ilin martında Almaniyanın Lüneburg ədliyyəsində GLORIOUS HOTELS & RESORTS GMBH şirkətini qeydiyyatdan keçirərək Bad Bevensen kiçik kurort şəhərində, Lerchenweg 1-də yerləşən və bir neçə miyon avro dəyərində olan Kieferneck otelini satın almışdı. 2016-cı il maliyyə ilini şirkət 300 min avro zərər vurduqdan sonra Elman Allahverdiyev oteli dəyər-dəyməzinə satmışdı.
Azərbaycanda da Elman Allahverdiyevin və Əli Həsənovun qızı Roza Allahverdiyevanın çoxşaxəli biznesi var və bu şirkətlər vasitəsilə keçmiş “Qaçqınkom” sədrinin əziz xələfləri hələ də büdcəyə yol tapırlar: Məsələn, Elman Allahverdiyevin 2004-cü ildə təsis etdiyi “GARDENİA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (hüquqi ünvanı AZ1069, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ, ev 134) yaşıllaşdırma, suvarma sistemlərinin quraşdırılması və satışı sahəsində ixtisaslaşıb, Hollandiya, İtaliya, Almaniya, İsrail, Türkiyə, Rusiyadan müvafiq sistemlərin, gübrələrin, dekorativ ağac və güllərin idxalını həyata keçirir. Şirkət Əli Həsənovun nüfuzu sayəsində iri dövlət sifarişlərindən külli-miqdarda vəsait əldə edib. Hazırda paytaxtın Atatürk prospektində, Novxanıda və Sumqayıtda hektarlarla ərazidə yaşıllaşdırma sahələri və 3 satış mərkəzi var. Onun 2007-ci ilin aprelin 3-də təsis etdiyi “SEMARİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (hüquqi ünvanı YASAMAL RAYONU, MƏHƏMMƏD İBN HİNDUŞAH, ev 618 MƏH.10, m. 16) bitkiçilik və yaşıllaşdırma sahəsində fəaliyyət göstərir. Elman Allahverdiyevin təsiçiliyi ilə daha bir şirkət – “C.T.S. AUTOMOTİV” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı ilin iyulunda qeydiyyatdan keçib, hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MƏHƏMMƏD İBN HİNDUŞAH, ev 618 MƏH.10, m. 16. Əli Həsənovun qızı Roza Əli qızı ALLAHVERDİYEVA “GARDENİA” MMC-nin maliyyə direktorudur. Əli Həsənovun qızı həmçinin 2016–cı ilin mayında qeydiyyatdan keçmiş “GOLDEN HOUSE” MƏNZİL TİKİNTİ KOOPERATİVİnin təsisçisidir. Şirkət tikinti sektorunda fəaliyyət göstərir və dövlət sifarişlərinin icrasında iştirak edir.
Yeri gəlmişkən, Nail Allahverdiyevin mediaya məlum  olan avtomobil kolleksiyasının təxminən 3 milyon manat qiyməti var. Bu avtomobillərin bir hissəsi aşaöıdakılardı. .
1. Mercedes G Wagon Brabus  Qiyməti 138.200 Avrodan (276400 manatdan) 474.810 avroyadək ( 949620 manatadək)
2. Mercedes G 65 AMG  Qiyməti 218.000 ABŞ dollarıdır ( 370.000 manatdır).
3. Mercedes-Benz SLS AMG  Qiyməti 201.500 ABŞ dollardır (342.550 manatdır).
4. Mercedes-Benz AMG GT S  Qiyməti 110.000 ABŞ dollardan (187.000 manatdan) 130.000 ABŞ dollaradək (221.000 manatadək).
5. Aston Martin  Qiyməti 196.086 ABŞ dollarıdır (333.346 manatdır).
6. Porsche Cayenne Qiyməti 53900 ABŞ dollarından (91.630 manatdan) -79.995 ABŞ dollarıdır (135.991 manatdır).

7. Audi Q-7 Qiyməti 57.998 ABŞ dollarıdır (98.596 Manatdır).
8. Bentley Continental GT Qiyməti 198.500 ABŞ dollarından (337.450 manatdan ) 263.400 ABŞ dollarınadək (447.780 manatadək).
8 avtomobilə xərclənən vəsait ən azı 2 milyon 36 min 972 manatdır. 1 avtomobilin orta qiyməti 254 min 622 manatdır. Ən çoxu 2 milyon 898 min 883 manat.  1 avtomobilin orta qiyməti 362 min 360 manat. Ə.Həsənovun yaxın qohumları – komitə sədrinin müavini Gəray Fərhadov, Komitənin departament direktoru Elman İsmayılov, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyev, Sosial Təminat və Humanitar Yardım Şöbəsinin sektor müdiri Elman Quliyev və digərləri qaçqınların hesabına milyonlara sahib olub. Əli Həsənovun komitədəki qohumlarından biri olan, Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin 9- cu mikrorayon, Mir Cəlal küçəsində restoranı,  klinikası və bahalı evləri var. Uzun illər ərzində məcburi köçkünlər yataqxanalarda çürüyüblər, heç bir yardım ala bilməyiblər. Amma dünyanın hər yerindən Azərbaycana bu problemin həlli üçün yüzmilyonlarla dollar yardımlar edilib, dövlət vəsait ayırıb. Nəticə isə budur ki, bir qrup adam milyonlarla insanın haqqına qənim kəsilib, milyarderə çevrilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *