“Milli Məclisin ötən iki çağırış deputatı olmuş 80 yaşlı Elxan Süleymanov da özünə gün ağlaya bilənlərdəndi. Hətta karantin rejiminin hökm sürdüyü günlərdə də fasilə verməyib, yeni şirkət yaradıb. Fərasətli deputar “Göyçay Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyatdan keçirib. Deputatın oğlu Vurğun Süleymanov isə (keçmiş gömrük generalı) atasından ilhamlanaraq Ağsu rayonunun Kəndoba kəndində olan “Sümbül” İstehsal koorperativini təsis edib. Bundan əlavə Elxan Süleymanovun təsis etdiyi Azərbaycan-Bolqarıstan birgə müəssisəsi “Azbol” 1996-cı ildə, “Aqro inkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə, “Xəzər-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti 2003-cü ildə, “AZ NM LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 2004-cü ildə qeydiyyatdan keçib. “Elxan Süleymanov eyni zamanda 2005-ci ildə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) da təsis edib. O, Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə dəfələrlə rüşvət və korrupsiya ittihamları ilə üzləşib. Xaricdə ölkəmizi “layiqincə” təmsil etdiyinə görə, daxildə mükafatı böyük olub.