23 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Qorxmazın su kimi içdiyi milyonlar

“Azərsu”nun prezidenti Qorxmaz Hüseynov və qardaşı Faiq Hüseynovun topdağıtmaz sərvəti haqqında çox yazılıb. “Azərsu” nun xarici borcu yüzmilyon dollarlarla ölçülsə də, qurum rəhbərinin sərvəti aşıb-daşır.   Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun aptekləri, mebel salonları, Bakıda və rayonlarda mülkləri, klinikası, gözəllik salonları mövcuddur. Mətbuatda yayılan məlumatda bildirilir ki, Faiq Hüseynov  satınalmaları həyata keçirərkən 11 milyon manatı  mənimsəyib. Qeud edək ki,  Faiq ARDNŞ-nin Geofizika və Geologiya idarəsində rəis müavinidir. Bundan əlavə Faiq Hüseynovun Pirallahıda çörək zavodu var.  Plastik boru buraxan zavod – “Azərtexnolayn” da ona məxsusdur.

Məlumata görə, F.Hüseynov obyektlərindən birini “Azərsu” ASC-nin Xətai rayon idarəsinə icarəyə verib. Bundan başqa, paytaxtda “ekologiya postu” adlanan yerin arxasında “Şamlıq” istirahət mərkəzi, “Linkoyl” yanacaqdoldurma məntəqəsi də (Lukoil-ə oxşar olsa da fərqli firmadı və şəhərin müxtəlif yerlərində fəaliyyət gpstərir)  Faiq Hüseynovundu.

Qorxmaz Hüseynovun Dəvəçidə hektarlarla əkin sahəsi, Bakıda avtomobil təmiri sexləri, onlarla villası, kafeləri, yaxın qohumlarının adına rəsmiləşdirdiyi onlarla iri və xırda obyektləri mövcuddur. Günəşli qəsəbəsində yerləşən «Atilla Hamam & Fitness» adını daşıyan 7 ulduzlu məkanın ölkədə analoqu yoxdur. Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yerləşən “OSMANLI” , Binəqədi şossesində yerləşən “XAN” hamamları, “Diaqnoz” tibb mərkəzi də Qorxmaz Hüseynovun tabeliyindədir.

Qorxmaz Hüseynov və yaxınlarının sahib olduğu çoxsaylı şirkətlərin bir qisminin siyahısı:

– “Natural Aqro” MMC-nin rəhbəri Araz Hüseynli – Qorxmaz Hüseynovun oğlu

– “Sənaye Tikinti-M” MMC və “Baba Dağ” MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov – qardaşıdır

– SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov – qardaşıdır

– SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu – yaxın qohumu

– “Azərsu” Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu – Qorxmaz Hüseynovun xalası oğludur

– Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu – Qorxmaz Hüseynovun qohumu (“DISTANT TRAVEL” MMC)

– “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu – qaynı

– Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri – Cəbrayılov Natiq Cidalı oğlu – digər qaynı

– “Azərsu” Su-Tikinti idarəsinin rəis müavini – Cəbrayılov Nurəli Cidalı oğlu – digər qaynı

– Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov – qohumu

– Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edir.

Qaynı Cəbrayılov Namiq Cidalı oğlunun adına olan şirkətlər: “XƏZƏR TUR TRAVEL” MMC “SEVDA” XÜSUSİ KİÇİK MÜƏSSİSƏSİ “HİDRO TOP” MMC “OMİCRON” MMC “HİDRO MAKİNA” MMC “HİDRO İNŞAAT SERVİS” MMC “KOMPROQRAM PROQRAMLAŞDIRMA VƏ TEXNİKİ TƏCHİZAT” MÜƏSSİSƏSİ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *