22 January 2025
Aktual Manşet Xalqdan oğurlanıb xaricdə alınan mülklər

Quba padşahı Avropanı da fəth edib

Qubanın icra başçısı Ziyəddin Əliyev Azərbaycanın ən varlı icra başçılarından hesab edilir. Onun korrupsiya layihələriylə bağlı mətbuatda geniş yazılar dərc olunub. Rayonun 34 bələdiyyə qurumunu şəxsi biznesə çevirib, iş adamlarına rüşvət müqabilində işləmək imkanı yaradıb. Ziyəddin Əliyevin bizensi Avropanın müxtəlif şəhərlərinə qədər ayaq açıb. Türkiyə, Çexiya, Ukrayna, İngiltərədə özünə gəlir mənbələri təmin edib. Məlumata gprə Ziyəddin Əliyev Ukraynadakı asfalt zavoduna 7 milyon avro kapital qoyub. Bunlardan əlavə olaraq, -Vladimirovka kəndində “Fayton” restoranı -28 may parkında “Qızıl-Qax”, “Qızıl-Qaya” restoranı – Təngaltı kəndində “Təngə” restoranı, -Gənclər parkında kafe restoranları – Qəçrəşdə 50 sot sahədə 2 böyük evi, indi 3-cünü tikdirir. -Quba şəhəri, Ə.Nərimanov küçəsində yarımçıq tikili çoxmərtəbəli bina (300000 manata alıb). -Quba şəhərinin girişində Asan Xidmətlə üz-üzə iki çoxmərtəbəli binanın birinci mərtəbəsində obyektlər; -Qubada  açıq mini futpol meydançası və gözəllik salonu (icarəyə verilib); -Qubanın İqrıq kəndi ərazisində, Quba – Bakı yolu üzərində yanacaqdoldurma məntəqəsi -Quba rayon Nügədi kənd ərazi dairəsində çınqıl karxanası, asfalt zavodu və beton zavodu, -Ukraynada müharibədən bir qədər qabaq, müharibə hazırlıqlarının getdiyi vaxtlarda daha bir şirkət açıb. Ukraynada sayca 7-ci olan RANZ LLC (ТОВ РАНЗ) Lvov vilayətinin Mikolayev rayonu Qruşevsk prospekti 1A/14 ünvanında hüquqi qeydiyyata alınıb. İcra başçısının Lvov vilayəti, Pustomitivsk rayonu Zimna Voda kəndi, Opilskoqo küçəsində müvəqqəti qeydiyyatda olan oğlu Nicat Əlibəyli  şirkətin benefisiarı qismində təsdiq olunub. Şirkətin nizamnamə kapitalı 10 483 200 qrivna (müharibədən əvvəlki kursla 400.000 dollara yaxın) təşkil edir. “RANZ” – Rəşad and Nicat Ziyəddin (oğulları)nın abbreviaturasıdır. Yeri gəlmişkən,  RANZ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 10 manat nizamnamə kapitalı , BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 44, m. 4 ünvanında da qeydiyyata alınıb. – “ALOV-BUD” MMC – ALOV ASFALT ZAVODU -MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ – “ALOV TİCARƏT EVİ” MMC -SMANBUD MMC -METAS-R MMC -İcra başçısının oğlu Nicat Əlibəyli 2 il öncə Kenan Koç adlı şəxslə Avstriyanın paytaxtı Vyanada KENA GASTRO GmbH-ni təsis edib. -“Space Burger”, “Pandemic Kitchen” və “Empire” gecə klubununda şəriklik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *