23 January 2025
Aktual Manşet

Qul oğlu qul- Mursaqul

Adı “qara siyahı”ya düşən şəxslərdən biri də Apellyasiya məhkəməsinin hakimi  Vaqif Mursaqulovdu. Bu şəxs xeyli siyasi işdə Prezident Aparatından gəlmiş sifarişi icra etmiş, dəlilləri mötəbər saymamış, birqayda olaraq birinci imstansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı.

İctimai fəal, hazırda həbsdə olan Bəxtiyar Hacıyev təhqirlərə məruz qaldığına görə məhkəməyə müraciət etmişdi. O zaman bu Mursaqulov iddia etmişdi ki, səsləndirilən fikirlərdə təhqir yoxdur. Bəxtiyar da bildirmişdi ki, təhqir yoxdursa, mən bu sözləri sizə ünvanlayıram. Bu sözünə görə Mursaqulov Bəxtiyar Hacıyevi məhkəməyə hörmətsizliyə görə məsuliyyətə cəlb etmişdi.

Keçmiş siyasi məhbus Elgiz Qəhrəmanın, “Azadlıq”qəzetinin yayım direktoru Faiq Əmirlinin, blogger Mehman Hüseynovun, hicab məhbuslarının, Müsavat başqanının müavini Razim Əmiraslanovun və digərlərinin qondarma ittihamlarla həbsinə Mursaqulov haqq qazandırmışdı. Bir sözlə, Vaqif Mursaqulov ədalətin deyil, ədalətsizliyin qulu olmuşdu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *