23 January 2025
Aktual Manşet

Şər Ceyhun

Siyasi sifarişləri canla-başla icra edən şəxslərin sırasında Suraxanı rayon məhkəməsinin hakimi Ceyhun Qədimovun adı da var. Ceyhun Qədimov xeyli siyasi işdə nümayişkaranə şəkildə ədalətsiz hökm çıxarıb.

AXCP Rəyasət Heyətinin üzvü, keçmiş siyasi məhbus Məmməd İbrahim həbs müddətinin başa çatmasına bir neçə gün qalmış təxribatla üzləşnişdi. Onun yatağına blçaq qoyub, həbs müddətini artırmaq üçün səbəb yaratmışdılar. Bu “ssenari” məhkəmədə ifşa edilsə də, Ceyhun Qədimov Məmməd İbrahimə 5 ay əlavə həbs cəzası hökmü çıxarmışdı.

Keçmiş siyasi məhbus Əfqan Muxtarlının, bloger Mehman Hüseynovun barəsində də Ceyhun Qədimov tam qərəzli hökm çıxarmışdı. Tanınmış vəkil, siyasi məhbusları müdafiə edən Aqil Layıc barəsində də Ceyhun Qədimov Vəkillər Kollegiyasına şikayət etmişdi. Müxtəsər, Ceyhun Qədimov hakimliyi dövründə ədalətlə dil tapa bilməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *