Bu şəxs uzun müddət Azərbaycan Baş Prokurorluğunda İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışmış Sənan Paşayevdir.
Hal-hazırda Naxçıvan MR-nın prokuror müavini kimi fəaliyyət göstərir. Sənan Paşayevin adı mətbuatda çox hallanıb. Siyasi məhbuslarla bağlı işlərdə xüsusi fəallıq göstərib. Şərlənərək həbs edilmiş AXCP üzvləri Aqil Məhrrəmli, Saleh Rüstəmli, Babək Həsənli məhz bu şəxsin göstərişiylə işgəncəyə məruz qalıblar və hələ də o işgəncələrin yaratdığı fəsadlardan xilas ola bilməyiblər. Sənan Paşayev AXCP üzvlərini ağır işgəncələrdən sonra öz əleyhlərinə izahat yazmağa, saxta ittihmlarla razılaşmğa məcbur edib. Nəticədə Aqil Məhərrəmli 4 il, Babək Həsənli 3 il, Saleh Rüstəmli 7 il azadlıqdan məhrum edilib. Sənan Paşayev keçmiş siyasi məhbuslar, tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, araşdırmaçı-jurnalist Xədicə İsmayıl, həmçinin Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı istintaqı aparmış müstəntiqlərdən biridir. Bütün bu “xidmət”lərinə görə prezidnetin sərəncamıyla “Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunub. Şərin dövlət siyasətinə çevrildiyi ölkədə belə müstəntiqlərin təltif edilməsi təəccüblü deyil.