Azərbaycanda oğurlamayan, vəzifədən varlanmaq üçün yararlanmayan adama fərasətsiz deyirlər. Ona görə də İlham Əliyevin bütün kadrları oğurlamaq ixtisasına yeyələniblər ki, fərasətsiz görünməsinlər. Keçmiş Sosial Müdafiə naziri Səlim Müslimov da belə “fərasətli”lərdəndi. Vətəndaşların sosial vəziyyəti fəlakət olsa da, Səlimin sosial vəziyyəti fontan vurub. Rəsmi olaraq məhkəmədə 20 milyon manat ödədi və ev dustaqlığına buraxıldı. Nazir kimi fəaliyyət göstərdiyi zamanlarda sosial yardımlara möhtac olanların bir tikə çörəyinə göz dikdiyi, saxta əlillik vəsiqələri satmaqdan tutmuş ən mürəkkəb maxinasiyalara qədər müxtəlif yollarla ən azı 2.5 milyard dollar mənimsədiyi barədə iddialar irəli sürülürdü. Nazirin oğlu Turqay Müslümlü 2017-ci ilin noyabrın 23-də Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib: “Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – Binəqədi rayonu, Ziya Bünyadov , ev 7a-da hüquqi qeydiyyata alınıb. “Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli “Orion Palace” Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.
2. “Orion Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti sahəsində fəaliyyət göstərir.
3. “Orion Cars” Məhdud Məsuliyyətli Cəmiyyəti şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.
4. “Orion Creative Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu Asim Müslümlünün adına rəsmiləşdirilib. Oğlu Turqay Müslümlünün mülkiyyətində:
Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyatov prospektində mənzil (140.000 manat)
– Bakı şəhəri Binəqədi r-nu Z.Bünyatov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350.000 manat) Oğlu Asim Müslümlünün mülkiyyətində:
– Bakı şəhəri Səbail rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450.000 manat)
– Bakı şəhəri Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926.250 manat) İsveçrənin Cenevrə şəhərində Jacques-Attenville 13 e, 1218 Le Crand-Saconnex ünvannıda yerləşən malikanə
Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində:
– Bakı şəhəri Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5.000.000 manat)
Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində olan:
– Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində ev (389.250 manat)
– Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4.000.000 manat)
– Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900.000 manat)
Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində:
– Ağsu şəhərində yerləşən 8 hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-ya aid istixana (1.500.000 manat)
Qaynı Ağaxan Xasayevin mülkiyyətində:
– Bakı şəhəri Xətai rayonu, R.Rza küçəsində yerləşən 3 mərtəbəli sahəsi 2000 kv.m olan qeyri yaşayış sahəsi (2.300.000 manat)
– Bakı şəhəri Xətai rayonu, R.Rza küçəsində yerləşən 2 mərtəbəli sahəsi 1650 kv.m olan qeyri yaşayış sahəsi (2.000.000 manat)
– Bakı şəhəri Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi (650.000 manat).
Təbii ki, bu yazdıqlarımız eks-nazirin varidatının hamısı deyil.